Hamiləlik zamanı dəridə çapıqlar. Qarşısını necə almaq olar?

Hamiləlik zamanı dəridə çapıqlar. Qarşısını necə almaq olar?Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər orqanizmin bütün orqan və sistemlərini əhatə edir.
Hamiləlik zamanı və doğuşdan sonra bir çox qadınları qarın, döş, sağrı, bud nahiyələrində əmələ gəlmiş ağ zolaqlar narahat edir.
Bu zolaqların (onları "striya" da adlandırırlar) əmələ gəlmə səbəbləri hamiləlik zamanı dərinin güclü dartılmasıdır. Dartılmış dərinin iç qatı gərginliyə dözməyə bilər ki, nəticədə partlayır, cırılır. Dərini bərpa etmək üçün orqanizm bu yerə birləşdirici toxumadan ibarət olan "yamaq" qoyur. Əvvəl bu yerlər çəhrayı və ya tünd qırmızı, vaxt keçdikcə isə ağ rəng alır. Birləşdirici toxumada piqment yoxdur. Bu səbəbdən çapıqlar dəridən seçilir, qadın "zaqar" alanda, çapıqlar ağ qalır.
Nəzərə almaq lazımdır ki, bu çapıqların əmələ gəlməsi həmçinin irsiyyətlə də bağlıdır. Bəzi qadınlarda çapıqlar az, digərlərində isə həddindən artıq çox olur.
Hamiləlik zamanı bu problemin profilaktikası olduqca vacibdir. Artıq əmələ gəlmiş çapıqları müalicə etmək çətindir.
Bu məqsədlə həkimlər qadınlara bu kimi məsləhətlər verir:
1. Kifayət qədər təmiz su için (buna əks-göstərişlər yoxdursa). Su dərinin elastikliyini təmin edir. Quru dəri daha pis dartılır ki, nəticədə çapıqların əmələ gəlməsi riski artır.
2. Zülallarla zəngin ola qidaları qəbul edin (ət, süd məhsulları, yumurta, paxlalılar və s.). Zülal dərinin əsas "tikinti materialıdır".
3. Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi büsthalter taxın. Belə büsthalterlər döşləri yaxşı saxlayır və sallanmağa qoymur ki, nəticədə dəri daha az dartılır.
4. Bandajın taxılması da bu işdə yaxşı kömək edir. Bandaj qarını saxlayır və sallanmağa qoymur.
5. Hamiləlik zamanı bədən üçün olan dəri skrablardan istifadə edin. Belə skrablar dəridə qanın mikrosirkulyasiyanı yaxşılaşdırır. Ev şəraitində çox effektli bədən skrabları hazırlamaq olar - 2 xörək qaşığı üyüdülmüş düyü və yulaf yarması, duz, qəhvə xama və ya qaymaqla qarışdırın və dərinizi yaxşı skrablayın. Bunu həftədə 2-3 dəfə duş qəbulu zamanı edə bilərsiniz.
6. Dərinizə xüsusi kremlər və losyonlar çəkin.
7. Zeytun və badam yağı bu kimi problemlərin çox yaxşı profilaktikasıdır. Hər gün dərinin problemli hissələrə bu yağları çəkin.
8. Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərini çox yaxşı möhkəmləndirir, dərinin qan dövranını yaxşılaşdırır.
9. Problemli zonaları massaj edin. Əlinizə cod əlcək taxın və dərini yaxşı massaj edin. Bunu duşdan sonra etmək daha yaxşıdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3242   Tarix: 30 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

qadin sayti qadın geyimi yaz geyimleri 2026 tutun faydalari asan tut aragi haqqinda qadindunyasi kosmetika vidyolar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yemek reseptleri novruz hakisdalari qaynana