Hamiləlik zamanı ən təhlükəli ANTİBİOTİKLƏR. Uşaqlarda QÜSURLARA səbəb olur
Hamiləlik zamanı müxtəlif səbəblərə görə qadınlara antibiotiklər təyin oluna bilir.
London Universitet kolecinin alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, hamiləlikdə makrolid qrupuna aid olan antibiotiklərdən istifadə uşaqlarda qüsurların riskini xeyli artırır. Penisillin qrupuna aid olanlarda belə risk aşkar olunmayıb.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, makrolidlərdən istifadə uşaqlarda ürək, beyin və cinsiyyət orqanlarının qüsurlarının riskini artırır.
British Medical Journal yazır ki, ilk üçaylığında penisillin qəbul edən qadınlarla müqayisədə makrolidləri qəbul edənlərdə bu risk 55% daha yüksəkdir. Ən təhlükəli makrolidlər arasında alimlər eritromisin, klaritromisin, azitromisin kimi dərmanların adını qeyd edir.
Alimlər bu nəticələrə 1990-ci ildən 2016-cı ilə kimi doğulmuş 1 milyon uşağın sağlamlıq haqqında məlumatlarını analiz etdikdən sonra gəliblər.
Saglamolun.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin