Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar.
6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.
Hamiləliyin 38-ci həftəsindən sonra qarın nahiyəsində olan ağrılar digər doğuş əlamətləri ilə yanaşı doğuş sancılarını yaxınlaşdığını göstərir. Hamiləliyin istənilən müddətində güclü, sancıvari ağrılar, qanaxma – uşaq salma və ya vaxtından əvvəl ciftin (plasentanın) qopması təhlükəsinin əlamətləridir və onlar təcili olaraq həkimə müraciət edilməli olduğunu göstərir.
Qarın nahiyəsində ağrıların başqa səbəbləri
Qarın ağrısı, məsələn, qəbizlik və ya mədə-bağırsaq yolunda olan daha ciddi pozuntular – bağırsaq keçilməzliyi və spazm (lakin bu ağrı uşaqlıqda deyil, bağırsaq nahiyəsində olacaq və sancıvari deyil, daimi olacaqdır) nəticəsində də yarana bilər. Ağrının səbəbi həm də kəskin və xroniki xəstəliklər də ola bilər – məsələn, sidik yolunda daşlar, pielonefrit, pankreatit, appendiks (kor bağırsağın) iltihabı, və bu xəstəliklər də həkimə müraciət etməyi tələb edir.
Hansı əlamətlər ağırlaşmaların olduğunu göstərir?
Güclü ağrının və ya qanaxmanın olduğu bütün hallarda – mütləq həkimə müraciət etmək lazımdır. Qanaxma xorionun və ya ciftin (plasentanın) qopmasının və uşaqsalmanın başlanma əlaməti ola bilər.
Bəzən qan ifrazatları hamilə qadınların uşaqlıq boynunun eroziyası və ya sersiviti (uşaqlıq boynunun selikli qişasının iltihabı) olan zaman cinsi əlaqəyə girmələri nəticəsində əmələ gələ bilər, lakin əsl səbəbi ancaq həkim müəyyən edə bilər.
Uşaqlıq xaricində olan hamiləlik adətən hamiləliyin 6-12 həftəsində, bəzən də daha gec ağrı və qanaxma əmələ gətirə bilər.
Məşq sancıları ağrılı ola bilərmi?
Bu qadının ağrıya qarşı olan fərdi həssaslığından, "ağrıya dözə bilmə həddindən" asılıdır. Məşq sancıları həqiqətən də bəzi qadınlar üçün ağrılı ola bilər – bu halda həkim yüngülvari sakitləşdirici vasitələr tövsiyə edə bilər.
Brekston-Hiks sancıları adətən qısa müddətli olur, qadın rahat olduqda və ya daha rahat vəziyyətə keçdikdə onlar yox olurlar və yuxuya mane olmurlar.
Əgər ağrılar güclü və daimidirsə - bu çox güman ki, uşaqlığın hipertonusundan və ya "patoloji preliminar müddət" adlandırılan - əsəbi və emosional cəhətdən qeyri-sabit qadınlarda doğuşa yaxın vaxtlarda yaranan xüsusi vəziyyətdən xəbər verir. Patoloji preliminar müddət üçün qarının aşağı nahiyəsində və beldə olan ağrılı, tezliyinə görə qeyri-müntəzəm, uzun müddət keçməyən və doğuşa gətirib çıxarmayan sancıvari ağrılar xarakterikdir. Belə ağrılar 6 saatdan 1-2 sutkayadək davam edir, qadında yorğunluq əmələ gətirir və vaxtından əvvəl suların gəlməsi, doğuş fəaliyyətinin zəifliyi və dölün hipoksiyası ilə təhlükəlidir. Bu halda mütləq təcili tibbi yardım tələb olunur.
Ağrılar USM və ya mamalıq müayinəsindən sonra yarana bilərmi?
Kobud mamalıq müayinəsinin nəticəsində ağrı yarana bilər, lakin, adətən həkim hamilə qadının müayinəsini ehtiyatla etməyə çalışır. Ağrı – uşaqlığın tonusa gəlməsinin və həssas olduğunun əlamətidir. Uşaqlığın tonusunu mama müayinə (palpasiya) zamanı müəyyən edə bilər – bu halda istənilən kiçik bir təsir olduqda, o cümlədən USM aparatının ölçü cihazından uşaqlığın yığılmaları meydana gələcəkdir. Uşaqlığın tonusda olması zamanı vaginal müayinə ağrı əmələ gətirə bilər. Əgər uşaqlığın tonusu yüksək deyilsə və müayinə ehtiyatla görülürsə - xoşagəlməz hisslər olmamalıdır və ultrasəs müayinəsi də onları əmələ gətirməyəcəkdir.
Ağrının təhlükəli olmadığını necə müəyyən etmək olar?
Əgər xoşagəlməz hisslər uşaqlığın yan nahiyələrində arabir sancmalar ilə məhdudlaşırsa, hərdən bir yaranırsa və fiziki yüklənmələr ilə bağlı deyilsə - bu uşaqlığı kiçik çanaqda saxlayan liflərin dartıldığını göstərir – bu hisslər hamiləlikdə ağırlaşmaların olmasını göstərmir.
Normada qadında menstruasiyalar zamanı olan hisslər (dartılan, sancıvari ağrı), qarının aşağı nahiyəsində daimi sızıldayan ağrılar və ya axşama yaxın və ya istirahət zamanı, fiziki yüklənmədən sonra yaranan "sıxılan topacıq" hissləri müşahidə olunmamalıdır – bunların hamısı uşaqsalma təhlükəsinin olduğunu göstərir.
Mənbə: Ginekoloq.az

Sağlamlıq     Baxılıb: 1931   Tarix: 07 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

qadın geyimi maskalar gozel gorunmek toy gecəsi siqaret tergitmeyin asan yolu peçenye reseptləri kesmikli banan kosmetika maraqlı englishdilində qulaq aybawi vətən haqqında bayatı ginekoloq