Hamiləlik zamanı qarpızın faydaları

Hamiləlik zamanı qarpızın faydalarıHamiləlik zamanı sağlam qidalanmaq həm özünüz, həm də doğulacaq körpəniz üçün çox önəmlidir. Bu səbəbdən hamilə qadınların gündəlik qida rasionunda meyvə və tərəvəzlərin öz yeri olmalıdır.
Bəs yüksək qida dəyərinə malik, ən böyük giləmeyvə sayılan qarpızın hamiləlik zamanı qadının orqanizminə və eləcə də dünyaya gətirəcəyi körpənin inkişafına nə qədər faydalı olduğunu bilirsinizmi?
Qarpızın 92%-nin sudan ibarət olması və tərkibindəki meyvə şəkəri hamimilələrdə daha çox səhərlər müşahidə olunan ürəkbulanmasını və mədə qıcqırmalarını azaltmağa kömək edir.
Hamiləlik zamanı sıx-sıx qarşılanan simptomlardan biri üzdə, ayaqlarda, əllərdə olan şişkinlikdir. Qarpızın yüksək miqdarlı su tərkibi sayəsində əzələlərdəki və damarlardakı tıxanmalar açılaraq şişkinliyin aradan qalxmasına səbəb olur və bədəndə suyun toplanmasına mane olur.
Tərkibindəki minerallar hamiləliyin üçüncü trimestrində tez-tez rast gəlinən əzələ qıcolmalarını azaldır. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə gətirdiyindən hamiləlikdə qəbizlik zamanı da yeyilməsi məsləhət görülür.
Qarpız pomidorla müqayisədə daha çox likopenlə zəngindir. "Super Foods" kitabının müəllifi Steven Prattın araşdırmalarına əsasən antioksidant maddə olan likopen nəinki orqanizmi xərçəng və qan-damar xəstəliklərindən qorumağa yardımçı olur, bədənin immunitet sitemini təbii şəkildə gücləndirir, hətta insan dərisinin günəşdən qorunma faktorunu da artırır. Beynəlxalq Ginekologiya və Mamalıq Jurnalı tərəfindən aparılan tədqiqatlara görə gündəlik likopen qəbulu hamiləlik zamanı ciddi problemlərdən biri sayılan preeklampsiya riskini 50%-ə qədər azaldır. Həmin araşdırma zamanı gündəlik olaraq 4 qram likopen tətbiq edilmişdir. Halbuki, bir porsiya qarpızın (300 qram) tərkibində bundan 3 dəfə artıq - 12 qram likopen maddəsi vardır.
Bundan başqa mütəxəssislər yoxlamışlar ki, qarpızın tərkibində bol miqdarda A, C və B6 vitaminləri, kalium və maqnezium mineralları vardır. Ana bətnindəki körpənin inkişafı üçün əhəmiyyətli olan bu maddələr onun görmə qabiliyyətinə, beyninə, sinir və immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda, kalium ana üçün də xeyirlidir, belə ki, bu maddə qanda suyun balansını tənzimləyir və hamiləlik zamanı dərini nəmləndirir.
Üstəlik nəzərə alın ki, siz bütün bu faydaları cəmi 50 kalori olan 300 qramlıq bir dilim qarpızla təmin edə bilərsiniz.
Hər bir qidanın faydalı tərəfləri olduğu kimi həddindən artıq qəbul edildikdə zərərləri tərəfləri də meydana çıxır. Qarpız qanda şəkərin miqdarını yüksəltdiyinə görə gündə bir dilim (300 qram) yeyilməlidir. Bundan başqa çoxlarımız bilirik ki, qarpız tez xarab olan meyvələrdəndir. Ona görə xüsusilə hamilə qadınlar qarpızı öz mövsümündə yeməli və yeyərkən onun təzə olduğuna, kəsilmiş qarpızdırsa, açıqda və ya soyuducuda uzun müddət saxlanmadığına diqqət yetirməlidirlər.
Qarpızı təkcə dilimlənmiş şəkildə deyil, ondan həm də müxtəlif smuzi və kokteyllər də hazırlayaraq içə bilərsiniz. Smuzi reseptlərindən birini sizə təqdim etmək istəyirik: 2 stəkan qarpız, 1 stəkan çiyələk, 1 stəkan süd və ya təbii yoqurt, bir neçə kub buz. Bütün bu məhsulları blenderdə qarışdırandan sonra içə bilərsiniz. Çiyələyi başqa giləmeyvələr də əvəz etmək olar. Hətta süd və ya yoqurt əvəzinə sitrus şirəsi (limon, portağal və ya layma) əlavə etmək olar.
Qarpız seçərkən mütləq müxtəlif kimyəvi maddələrdən və preparatlardan azad olan və təbii yolla becərilmişlərdən istifadə edin.
Mənbə: www.fitpregnancy.com
Tərcümə: Ülviyyə Mirzəyeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1384   Tarix: 16 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

maskalar aksessuarlar sade makiyaj sekilleri gəncə xəbərləri qış geyimləri xamali piroq hicab modelleri kosmetika maraqli hakistalar saglam qidalanma klitor veten haqqinda atalar sozu rus dilini öyrənək