Hamiləlik zamanı sex və pozalar

Hamiləlik zamanı sex və pozalarBir çox insanlar hamiləlik zamanı seksin cəfəngiyat olduğuna inanır. Bəzi insanlara görə bu fərqli bir şeydir, yenilikdir. Amma bir həqiqət var ki, hamiləlik dövründə cinsi münasibətlərdə də dəyişiklik olur! Bu vaxt seks münasibətinin azalmasının əsl səbəbkarı çox vaxt qadın olur. Bu da qorxudan irəli gəlir. Əgər xanımınız balanıza zərər vurmaqdan çəkinirsə, onu sakitləşdirin. İzah edin ki, möhkəm olan uşaqlıq körpəni qoruyur. Usulunda olan seks körpənizə heç bir halda ziyan etməz.

Bəzənsə kişinin hamilə qadına qarşı cinsi marağı ölür. Hamiləliyə qədər o, qadınının bədənini sevirdi, indi bu bədən dəyişib. Hamiləliyə qədər qadın gözəl, seksual, cazibədar idi, indi başqadır. Bütün günü toksikozdan əziyyət çəkən, qusan, öz vəziyyətindən bir az da narahat olan qadın sizi cəlb etməyə bilər. Amma bunu biruzə verməməyə, qayğınızı əsirgəməməyə çalışın. Nəzərə alın ki, hamiləlik sizdən çox xanımınıza əziyyət verir. Onu sevdiyinizi bildirin. Hamilə qadının sakitliyi körpəniz üçün də çox vacibdir.

Amma bəzi kişiləri isə hamilə qadın əksinə daha çox cəlb edir, onların fikrincə böyüyən qarın qadınlığın göstəricisidir.

Əslində kişi nə etməlidir?

Kişi hər şeydən əvvəl susmamalıdır! Narahatlığınız, qorxunuz, arzu və şübhələriniz barədə xanımınızla mümkün qədər çox rahat danışın. Cinsi əlaqə zamanı yeniliyə, məsələn, xanımınız üçün rahat olan pozanı tapmağa çalışın (bu, xüsusilə son aylarda vacibdir). Əgər seks xanımınıza əziyyət verirsə, həzz almağın başqa yolları var. Oral seks, qarşılıqlı masturbasiya və başqa qeyri-ənənəvi əlaqə sizə ənənəvi seksi əvəzləmək imkanı verər. Ancaq unutmamaq lazımdır ki, hamiləlik zamanı müəyyən periodlarda seksə icazə verilməyə bilər. Bunun üçün müayənə olduğunuz ginekolqun məsləhətlərinə qulaq asın.

Kişilərə məsləhət:

Hamilə qadına qarşı xüsusilə yumşaq, səbrli və diqqətli olmalısınız.
Xanımınız gələcək körpənizi ana südü ilə qidalandırmaq niyyətindədirsə, onun döşlərini buna hazırlamaq lazımdır. (müəyyən masajlar və sevişmə zamanı döşlərini əmmək buna hazırlıq edəcəkdir.)
Cinsi əlaqədə olarkən gələcək körpənizi də sığallamağı unutmayın. Körpəniz valideynlərin nə ilə məşğul olduğunu bilməsə də, deyilənlərə görə sevgini hiss edir.
Cinsi əlaqə zamanı xanımınızın qarnına və döşlərinə təzyiq etməyin!
Xanımız sekslə məşğul olmaq istəmirsə, onu qətiyyən məcbur etməyin.
Cinsi əlaqə zamanı əsla tələsməyin, ehtiyatlı davranmağı əsla unudmayın.
Seks ilə məşğul olacağınız yeri elə rahatlayın ki, xanımınız özünü rahat hiss etsin.
Eyni vaxtda oqrazm olmağa çalışmayın.

Hamiləlikdə cinsi birləşmə pozaları

Hamiləlik zamanı sex və pozalarHamiləlikdə seks

Xanımlar hamilə ikən kişilərin marağı dəyişir!

Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.

Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə əks təsir göstərir.

Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!

Ailə və Uşaq     Baxılıb: 38857   Tarix: 07 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

turlar.az

geyim necə seçməli hamilelikde qidalanma geyim şəkilləri maraqli pecenyeler qara qarağat qışa hazırlıq badımcan uşaq yeməyi kosmetika atalar sozleri maska uşaq nece olur gülməli hakıştalar hakisdalar