Hamiləlik zamanı vitamin-mineral komplekslərin qəbulu

Hamiləlik zamanı vitamin-mineral komplekslərin qəbuluHamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır.
Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır.
Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementinin çatışmazlığı uşağın inkişafına mənfi təsir edə bilər. Digər tərəfdən hamiləlik zamanı vitamin və mikroelementlərin çatışmazlığı qadının səhhətinə də mənfi təsir edir. Belə ki, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarlarda daxil olmadıqda, körpə deyil, ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən hamiləlik zamanı lazım olan miqdarlarda kalsium almayan qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.
Məhz bu sadaladığımız səbəblərə görə hamiləlik zamanı ginekoloqlar qadınlara hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi vitamin-mineral kompleksləri təyin edirlər. Belə komplekslər bir çox hallarda hətta hamiləliyə hazırlıq mərhələsində qadına təyin olunur.
Bəzən yaşlı nəsillərin nümayəndələrindən eşitmək olur ki, "biz vitaminləri içməmişik, amma uşaqlarımız sağlamdır", "lazım olan vitaminləri qidadan da almaq olur" və s.  Lakin bu heç də belə deyil. Bəli, kənd yerlərində yaşayan və təbii süd məhsulları, meyvə-tərəvəz, toyuq, ət və s. ilə qidalanan qadınlar onlara lazım olan vacib maddələri qidadan ala bilirlər. Lakin şəhər sakinlərinin əksər hissəsi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. "Şəhər" süd məhsulları (dükanlarda satılan) uzun müddət ərzində saxlanılması üçün xüsusi emal olunur ki, bunun nəticəsində onların tərkibində olan bir çox faydalı maddələr itir. Satış üçün nəzərdə tutulmuş meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı bir çox hallarda kimyəvi maddələrdən istifadə olunur ki, bunun nəticəndə bu meyvə-tərəvəzlərin faydasını da azalır. Belə misalları çox çəkmək olur.
Bundan əlavə ilın soyuq fəsillərində meyvə-tərəvəz az olur və bu insanlarda "avitaminoz" adlandırdığımız vəziyyətə səbəb olur. Əgər ana avitaminozdan əziyyət çəkirsə, bu həm ananın, həm də körpənin sağlamlığı üçün heç də ziyansız deyil.
Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, vitamin-mineral komplekslərin qəbulu hamiləlik zamanı lazımdır və vacibdir. Belə komplekslərin sayı həddən artıq çoxdur. Lakin hər bir konkret halda belə kompleksi qadına yalnız ona nəzarət edən həkim-ginekoloq təyin edə bilər. Bəzən lazım olduqda qadınlara hər hansı vitaminlər və ya mikroelementlər kompleks şəklində deyil, ayrı təyin oluna bilər (məsələn, kalsium, dəmir preparatları, C,  E, B qrupu vitaminləri və s.).
Hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 1-ci üçaylığında əsas vacib olan vitamin fol turşusudur (B9 vitamini). Alimlərin araşdırmalarına görə, hamiləlik zamanı bu vitaminin qəbulu döldə sinir borucuğunun (sonra bu borucuqdan beyin inkişaf edir) qüsurlarının qarşısını alır. Fol turşusu qidada çox az miqdarda olur. Məhz bu səbəbdən həkimlər hamiləliyə hazırlıq mərhələsindən başlayaraq və sonra bütün hamiləlik dövründə qadınlara mütləq şəkildə fol turşusunu təyin edirlər.
Hamiləliyin 1-ci trimestrində qadına həmçinin C vitamini də təyin oluna bilər. Bu xüsusilə ilin soyuq fəsillərində vacibdir. Ananın ilk üçaylığında virus xəstəliklərinə tutulması çox ağır fəsadlara səbəb ola bilər. C vitamini isə qadının immunitetini möhkəmləndirir, orqanizmin virus və soyuqdəymə xəstəliklərinə olan davamlılığını artırır. C vitamini həmçinin ciftin formalaşması və möhkəmləndirilməsi üçün də vacibdir. Ümumillikdə bu vitamin hamiləliyin ilk günündən sonuna kimi vitamin-mineral komplekslərin tərkibində hamilə qadınlara təyin olunur.
E vitamini də hamiləliyin əvvəlində qadına təyin oluna bilər. Bu vitamin dölün inkişafına təsir edir və həmçinin hamiləliyin pozulmasının riskini azaldır. Məhz bu səbəbdən belə risk yarandıqda qadınlara bir çox hallarda bu vitamini kapsul şəklində təyin edirlər.
Hamiləliyin əvvəlində yod preparatının qəbulu da olduqca vacib ola bilər. Yodun çatışmazlığı uşaqda qalxanvari vəzi xəstəliklərinə, əqli və fiziki inkişafının ləngiməsinə səbəb ola bilər. Bu yod mikroelementinə görə çatışmazlığı olan bölgələrdə (dağ rayonları və s.) yaşayan qadınlar üçün xüsusilə vacibdir.
Hamiləliyin 2-ci üçaylığında B qrupu vitaminlərinin qəbulu vacib olur. Bu vitamin qrupu həm ayrı, həm də vitamin-mineral kompleksi tərkibində qadına təyin oluna bilər.
Fol turşusunun qəbulu davam olunur. Ümumillikdə bu vitamini qadın hamiləliyə hazırlıq mərhələsində qəbul etməyə başlamalı və doğuşa kimi davam etməlidir.
Bir çox hallarda qadına Magne B6 kimi preparat təyin olunur. Bu preparat qadına sakitləşdirici təsir edir. Onun tərkibində olan maqnezium elementi uşağın sümüklərinin, sinir sisteminin inkişafına təsir edir.
Dəmir elementinin qəbulu hamiləliyin 2-ci üçaylığında vacib olur. Bu element qadında anemiyanın (qanazlığı) inkişafının qarşısını alır. Dəmir həm ayrı preparat kimi (sirop, kapsul və ya inyeksiya şəklində), həm də vitamin-mineral kompleksi tərkibində qadına təyin oluna bilər.
Kalsium elementinin qəbulu hamiləliyin 2-ci üçaylığında həm dölün, həm də ananın sağlamlığı üçün çox vacibdir. Bir çox hallarda qadına tərkibində kalsium-fosfor-D vitamini olan preparatlar təyin olunur.
A, C, E vitaminlərin, sink, marqans, yod kimi mikroelementlərin qəbulu hamiləliyin 2-ci üçaylığında çox vacibdir. Bu vitamin və mikroelementlər hamilə qadınlar üçün olan komplekslərin tərkibinə daxildir.
Hamiləliyin 3-cü üçaylığında kalsium elementi çox vacibdir. Uşağın skeleti 3-cü üçaylığında çox aktiv şəkildə böyüyür və inkişaf edir. Ananın orqanizmi normal miqdarlarda kalsium elementi almazsa, bu uşaqda doğulandan sonra raxitin inkişafına, anada isə dişlərin, saçların tökülməsinə, ayaqlarda qıcolmalara səbəb ola bilər.
Beləliklə, hamiləlik zamanı dölün normal inkişafı və ananın sağlamlığı üçün düzgün və sağlam qidalanmadan əlavə vitamin-mineral komplekslərin qəbulu da çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1371   Tarix: 23 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid