Hamiləlikdə dondurma yemək zərərlidirmi?
Hamilələr tərəfindən, xüsusilə yaz-yay aylarında ən çox maraqlanılan və soruşulan mövzulardan biri dondurma yemək mövzusudur. "Hamilələr dondurma yeyə bilərmi? Hamilələr dondurma yeməlidirmi? Hamiləlikdə dondurma ana qarınındakı körpəyə zərər verə bilərmi? Dondurma körpənin üşüməsinə səbəb olarmı? Dondurmanı çox yedikdə körpə üşüyərmi?" kimi çox müxtəlif formalarda suallar hamilələr tərəfindən maraqlanılan suallardır.
Xülasə olaraq: Dondurma hamilələr və digər insanlar üçün müəyyən miqdarda istifadə edildiyi zaman zərərsiz olan ən günahsız şirin qidalardan biridir. Ancaq hər qida kimi normadan artıq yeyildiyində həddindən artıq kökəlmə başda olmaq üzrə müxtəlif zərərlər də verə bilər. Hamilələrə xüsusi bir zərəri yoxdur. Dondurma digər insanlar üçün necə qiymətləndirilirsə, hamilə qadın və qarnındakı körpə üçün də eyni şəkildə qiymətləndirilir.
Qəbul edilən bütün yeməklər və içkilər əvvəlcə ananın mədəsinə, bağırsaqlarına keçər, bağırsaqlarda həzm nəticəsində əmilən maddələr ananın qanına keçər və ana qanından da plasenta (körpənin uşaqyoldaşı) köməyi ilə körpəyə lazımlı maddələr çatdırılar. Yəni heç bir yemək və ya içki körpəyə getməz və ya uşaqlığa getməz. Bu səbəbdən soyuq və ya isti yeməklərin uşaqlıq və körpə ətrafında təsir meydana gətirməsi, körpənin soyuqlaması və ya istilənməsi qeyri-mümkündür.
Onsuz da ana tərəfindən qəbul edilən qidalar soyuq və ya isti olsa da mədəyə çatdıqdan qısa müddət sonra normal bədən istiliyinə çatar.
Hamilələrin dondurmadan istifadə zamanı diqqət yetirməsi lazım olanlar:
- Həftədə 1-2 dəfədən çox dondurmadan istifadə edilməməlidir, həddindən artıq kalori olduğundan savayı ana və körpənin normadan artıq kökəlməsinə səbəb ola bilər.
- Bir dəfəyə 1-2 qaşıqdan çox miqdarda da istifadə edilməməlidir.
- Hamilələr kalsium ehtiyacını süd və qatıq kimi süd məhsullarından almalıdır, dondurmadan deyil.
- Qida zəhərlənməsi kimi vəziyyətlərlə qarşılaşmamaq üçün son istifadə etmə tarixi keçməmiş və gigiyena qaydalarına uyğun gələn etibarlı yerlərdən alınaraq yeyilməlidir.
- Pasterizə edilməmiş südlərlə düzəldilən dondurmalardan listeria infeksiyası meydana gələ bilər! Buna diqqət yetirilməlidir.
- Yediyiniz dondurmanın artıq qalarsa soyuducuda və ya dərin dondurucuda saxlayaraq daha sonra təkrar yeməyin. Bu şəkildə bakteriya törəməsi və infeksiyaların meydana gəlməsi baş tutar. Aldığınız dondurmanı həmin gün yeyin.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin