Hamiləlikdə tonus

Hamiləlikdə tonusUşaqlıq həmişə rahat vəziyyətdə olmalıdır.

Bəzən uzun sürən gəzintidən sonra qarnın bərkidiyi hiss olunur. Narahat olmayın, həkimlər belə halın gün ərzində 5 – 6 dəfə təkrarlanmasını normal hesab edirlər. Çünki uşaqlıq əzələlərdən ibarətdir və onlar da bütün əzələlər kimi gərginləşib boşalırlar. Lakin bu zaman, əgər qarnın altı dayanmadan ağrıdarsa, bel nayihəsində ağırlıq hiss edilərsə, deməli, uşaqlıq hipertonusdadır. Bu simptomlar barədə öz həkiminizə məlumat verin! Belə vəziyyətdə əzələləri normal hala gətirmək çətin olmayacaq.

Rahatsızlıq hansı səbəblərdən yaranır?

Uşaqlıqda dartınma yaradan səbəblər az deyil. Bu daha çox stress, fiziki və emosional yorğunluqdan ola bilər. Hətta bəzən elə olur ki, uşaqlıq sadəcə artan ağırlığa dözmür və vaxtından tez doğuşa hazırlaşır.

Əksər hallarda isə uşaqlıq əzələlərinin dartınması hamilənin əhval – ruhiyyəsindən asılıdır. Əsəbi gərginlik və depressiya qarın əzələlərinin dartınmasına səbəb olur. Yəqin ki, fikir vermisiniz, bərk həyəcandan sonra uzanmaq və rahatlanmaq istəyirsiniz.

Uşaqlıq tonusda olarkən körpə narahatlıq hiss etmir, amma hal – hazırki şərait onun üçün zərərlidir. Bu zaman ciftdə qan dövranı pozulur, körpə daha az oksigen və qida maddələri almalı olur. Ehtimal olunur ki, bu səbəblərdən o, gec inkişaf edə bilər.

Necə rahatlanmaq olar?

Gərginliyi aradan qaldırmaq üçün uzanın və üz əzələlərinizin gərginliyini "boşaldın". Sizi narahat edən bütün fikirləri kənara qoyun. Yüngülcə qarnınızı sığallayın və körpənizi xəyalınızda canlandırın. Daha yaxşı olar ki, onunla söhbət edəsiniz. O, hər şeyi eşidir və başa düşür. Yəqin bilirsiniz, sizin bütün hiss və həyəcanınız körpəyə ötürülür. Siz xoşbəxt olanda o da sevinir, siz qorxu, stress keçirəndə o da özünü pis hiss edir. Buna görə də bütün iradənizi toplayın və hamiləlik müddətində heç nəyə görə kədərlənməyin!

Gəzinti zamanı dartınma hiss etdiniz? Skamyada əyləşin, əzələlər boşalacaq və yüngülləşəcəksiniz. Spazmolitik və sakitləşdirici preparatlar – no-şpa, valeryan, pion tinkturaları da kömək edə bilərlər. Bu müalicəvi vasitələr həmişə yanınızda olsun ki, hipertonusun inkişafına əngəl törədə biləsiniz. Bunları yalnız həkimin göstərişinə əsasən qəbul edin.

Çalışın, istənilən vəziyyətdə sakit qalıb həyəcanlanmayasınız. Əgər körpə gözləyərkən belə, idman zalına getmək məcburiyyətindəsinizsə, məşğələlərdə özünüzü çox yormayın. Ümumiyyətlə, ora getməyiniz hələlik məsləhət görülmür. Və eləcə də müəyyən müddət seksdən də imtina etməlisiniz, çünki orqazm zamanı uşaqlıq dartınmaya məruz qalır.

Menyuda da dəyişikliklər etmək lazım gələcək. Rasionunuza maqnezium tərkibli məhsullar əlavə edin. O əzələlər üçün əvəzolunmazdır. Bu elementin sayəsində uşaqlıqda yarana biləcək tonusun qarşısını ala bilərsiniz. Həkimlər gələcək ananın maqneziuma olan ehtiyacının gün ərzində 450 mq olduğunu bildirirlər. O daha çox fındıq, badam, kəpəkli çörək, lobya, yaşıl tərəvəzlərdə, qarabaşaq və yulaf sıyıqlarında olur. Çalışın, süfrənizdə bu təamlar hər gün olsun!

Sadalanan üsullar yardım etməzsə, həkimin məsləhətinə qulaq asıb qorunmaq üçün xəstəxanada qalın. Orada lazım olan bütün yoxlamaları aparacaqlar ki, uşaqlığın vəziyyətini düzgün qiymətləndirsinlər (USM, qan və sidik analizi). Xəstəxanada bütün günü uzanmış vəziyyətdə qalmaq sizə müsbət təsir göstərəcək. Burada istirahət etmək üçün üsullar çoxdur. Məsələn, çoxdan oxumaq istədiyiniz kitabı, sevimli disklərinizi özünüzlə götürün. Tezliklə, ruhən və cismən tamamilə yüngülləşdiyinizi hiss edəcəksiniz.

Ailə və Uşaq     Baxılıb: 52417   Tarix: 12 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

geyim şəkilləri geymler 2026 yay kolleksiyasi gavali murebbesi şef master 3 kq daglar nece yaranir kosmetika ziyafet geyimleri cinsi elaqe səməd vurğun rus dilini oyrenek 2ci ders narin faydasi