Hamiləliyin saxlanılması

Hamiləliyin saxlanılmasıBəzi qadınlar hamiləlik zamanı hamiləliyin pozulması riski ilə üzləşir.
Təəssüf ki, ildən ilə belə qadınların sayı artır. Belə hesab olunur ki, hər 3 hamilə qadından birində belə risk əmələ gəlir. Hamiləliyin pozulmasının riski qarının aşağı hissəsində və beldə tutmaşəkilli ağrılar, uşaqlıq yolundan qanlı, qəhvəyi ifrazatların olması ilə özünü büruzə verir. Bəzən qadında yalnız ağrılar, bəzən isə yalnız qanlı ifrazatlar ola bilər. Özündə belə simptomları müşahidə edən qadın dərhal Həkimə müraciət etməlidir.
Həkim hamiləliyin müddətindən, pozulma riskinin səbəbindən və s. amillərdən asılı olaraq hamiləliyin saxlanılması və ya saxlanılmaması barədə qərar verir. Amerika və Avropa ölkələrində bir çox hallarda hamiləliyi 12 həftəsinə kimi tibbi üsullarla saxlamırlar. Tibbdə çoxdan sübut olunub ki, hamiləliyin əvvəlində (12 həftəsinə kimi) özü-özündən dölsalmalar 70% hallarda döldə hər hansı genetik pozulmalar, anadangəlmə patologiyalar, bu və ya digər orqanların düzgün inkişaf olmaması səbəbindən baş verir. Bu üsulla təbiət sanki təbii seçmə edir - zəif, xəstə döl həlak olur. Bunu sübut etmək üçün həkimlər belə bir də dəlil gətirirlər - bəzən hətta qəzaya düşən, ciddi travma və ya güclü stress alan qadında hamiləlik saxlanılır. Bu o deməkdir ki, sağlam döl həyata bərk "yapışır", xəstə, patologiyası olan döl isə hətta ən ideal şəraitdə düşə bilər.
Məhz bu səbəbdən qadın sağlamdırsa, onda heç bir hormonal və s. pozulmalar yoxdursa və hamiləlik birincidirsə, hamiləliyin 12-ci həftəsinə kimi uşaqsalma riksi əmələ gəldikdə, belə hamiləliyi əksər hallarda saxlamırlar. Təkrar edək ki, bu qayda Avropa və Amerika ölkələrində tətbiq edilir.
Təəssüf ki, bizdə belə deyil. Həkim hər bir halda hamiləliyi saxlamağa cəhd edəcək. Bəzən belə "zorla" saxlanılan hamiləlik xəstə, hər hansı patologiyası olan uşağın doğulması ilə nəticələnir. Lakin burada tək ginekoloqları günahlandırmaq olmaz. Əksər hallarda həkimləri buna hamilə qadının özü və onun qohumları məcbur edir.
Lakin əgər bundan əvvəl qadında dölsalmalar olubsa, qadının sağlamlığında pozulmalar varsa (xüsusilə hormonal pozulmalar), qadın sonsuzluqdan müalicə alırdısa və s., bu halda həkim hamiləliyin müddətindən asılı olmayaraq hamiləliyin saxlanılması barədə qərar verəcək.
Bir çox hallarda hamiləliyin pozulması riski olan qadına yataq rejimi və xüsusi müalicə təyin edilir. Uzanaq vəziyyətdə olan qadının əzələləri (o cümlədən, uşaqlığın əzələləri) boşalır, uşaqlığın tonusu azalır və nəticədə dölsalma riski də azalır. Belə qadınlar üçün ən yaxşı variant xəstəxanada yatmaqdır. Yalnız bu halda yataq rejiminə riayət etmək tam mümkün olacaq. Digər tərəfdən xəstəxanada həkimlər qadının vəziyyətinə diqqətlə nəzarət edir və vaxtında lazım olan tədbirlər görürlər. Təbii ki, ev şəraitində belə nəzarət mümkün deyil.
Hamiləliyin saxlanılmsı üçün yataq rejimindən əlavə qadına müəyyən dərman preparatları təyin olunur. İlk növbədə qadına spazmolitik preparatlar təyin olunur (no-şpa, papaverin, maqneziya). Belə preparatlar uşaqlığın tonusunu azaldır. Bu dərmanlar qadına həb və ya inyeksiya şəklində (qadının vəziyyətindən asılı olaraq) təyin oluna bilər.
Əgər qadında hormonal pozulma varsa, ona mütləq proqesteron (utrojestan və ya dyufaston) təyin olunur. Bu preparatları və onların dozalarını yalnız həkim təyin edə bilər və həmçinin dəyişə bilər.
Bəzi qadınlarda dölsalma riskinin əmələ gəlməsinin səbəbi uşaqlıq boynu çatışmazlığı olur. Normada uşaqlıq boynu doğuşa kimi bağlı qalmalıdır və yalnız doğuş zamanı açılmalıdır. Lakin bəzən qadında uşaqlıq boynu daha tez açılmağa başlayır ki, nəticədə dölsalma riski əmələ gəlir. Bu pozulma zamanı uşaqlıq boynuna xüsusi tikiş qoyulur. Doğuşa yaxın bu tikiş sökülür.
Uşaqsalmanın riski yox olduqda, qadın evə yazılır. Lakin evə qayıtdıqdan sonra qadın fiziki yükləmələrdən uzaq olmalı, yaxşı qidalanmalı, stress vəziyyətlərinə düşməməlidir. Cinsi həyat da belə qadın üçün əks-göstərişdir.
Bəzən qadınlar az bir müddətdən sonra xəstəxanadan evə yazılırlar, bəzən isə bütün hamiləliyi xəstəxanada keçirirlər. Bu haqda qərarı qadına nəzarət edən həkim verir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2313   Tarix: 23 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri maskalar geyim seçimi südlü şirniyyat şirniyyat reseptləri displaziya sağlamlığa aid atalar sözləri kosmetika novruz hakistalari bedii edebiyyat penis sağlamlıq hakiwda