Hansı bürc çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!

Hansı bürc çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!Həyat hər zaman rəvan getmir, o, gözlənilməz sürprizlərlə doludur. Təbiidir ki, çıxılmaz vəziyyətə düşən hər kəs çıxış yolu axtarır. İnsan xarakteri məhz belə məqamlarda üzə çıxır: Bəziləri ağlını işlədir, başqaları hiyləgərliyə əl atır, digəri isə soyuqqanlılığını qorumağı bacarır, yerdə qalan da öz gücsüzlüyünü etiraf edib təslim olur. Əlbəttə ki, burada sizin hansı bürc altında doğulduğunuz böyük önəm daşıyır.

Hər kəs çətinə düşəndə himayəsində olduğu zodiak işarəsinin xarakterinə uyğun davranır.

Publika.az bu yazısında bürclərə görə insanların çətinliklərin öhdəsindən gəlmə bacarığını qruplaşdırmağa çalışıb.

Qoç bürcü
Qoçlar istənilən vəziyyətdən şərəflə çıxmağa vərdiş edib. O, çətinliklərin öhdəsindən müstəqil şəkildə gələ bildiyi üçün özü ilə fəxr edir. Bu bürc altında dünyaya gələnlər həyat yolunda qarşılaşdığı bütün maneələri səssiz-səmirsiz aradan qaldırır.

Buğa bürcü
Buğa bürcündən olanların çiyinləri hər çətinliyə tab gətirir! Bu işarə altında dünyaya gələnlər çətinlikləri dəf etməyi sevir. Üstəlik, onlar uğurunun sirrini başqaları ilə, hətta yad adamlarla belə bölüşməyə hazırdır.

Əkizlər bürcü

Problemlərin öhdəsindən təkbaşına gələ bilmir, çətinə düşəm kimi başqalarından, xüsusilə Qoç və Buğa bürcü altında olan yaxınlarından yardım istəyirlər. Bu yardımın qarşılığında isə həmişə səxavətlə təşəkkür edirlər.

Xərçəng bürcü

Bu bürc altında dünyaya gələnlər ağlayıb-sızlayaraq və ya əzab çəkdiyini ətrafdakılara hiss etdirərək başqalarının onlara yardım etməsinə nail olur. Onlar öz gücünə ancaq yanında dadına çatacaq birinin olmadığını anlayanda arxalanırlar.

Qız bürcü
Qızlar istənilən vəziyyətdən çıxmaq bacarığı ilə fərqlənir. İstənilən məsələləri həll edərək düzgün qərar qəbul edir və bununla qürur duyurlar.

Şir bürcü
Şir problemini həll edənə qədər hamını bezdirib kömək istəyə bilər. Problemi uğurla həll etdikdən sonra isə bütün komplimentləri böyük məmnuniyyətlə öz ünvanına qəbul edir. Əsl xilaskar isə yaddaşında ömürlük xoş xatirə olaraq qalır.

Tərəzi bürcü
Tərəzi qədər problemdən qorxan ikinci bürc yoxdur. Bu bürcün problemlərdən tez dilxor olan nümayəndələri çətin vəziyyəti bir az da özləri qəlizləşdirir. Dara düşəndə çox vaxt Qoç və ya Qızın onlara kömək etməsini gözləyir, lakin heç bir halda təslim olmurlar.

Əqrəb bürcü
Əqrəbi nə iləsə təəccübləndirmək və ya incitmək çox çətindir. Laqeydlik və əminlik bu bürc altında doğulanlar üçün bütün problem və bəlalara qarşı ən güclü silahdır.

Oxatan bürcü
Oxatan bütün məsələləri yumorla həll edir və bu, başqa bürcdən olanların da xoşuna gəlir. Oxatanlardan çox şey öyrənmək olar.

Oğlaq bürcü
Oğlaqlar qarşılaşdığı problemlərə dırnaqarası baxmır, əksinə çox ciddi qəbul edirlər. Hər problemin öhdəsindən özü gəlir, buna baxmayaraq, əmin olmaq üçün insanların təmənnasız dəstəyindən yararlanmaq da istəyirlər.

Dolça bürcü
Dolça bürcündən olanlar bütün həyati əhəmiyyət kəsb edən qərarları görünməmiş ruh yüksəkliyi ilə qəbul edir. Daha sonra ağlı ilə öyünür, hamı da onunla razılaşır.

Balıqlar

Problemlər Balıqlar bürcü altında doğulanları yavaş-yavaş dəli edir. Utancaq Balıq başqasından kömək istəməyə çəkinir. Kiməsə əl uzatmaq istəyirsinizsə, onu Balıq bürcündən olanlar arasından seçin.

Maraqlı     Baxılıb: 4901   Tarix: 01 sentyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda