Hansı qan qrupu ilə evlənmək olar?

Hansı qan qrupu ilə evlənmək olar?Mütəxəssislər evlilikdən əvvəl tibbi müayinədən keçməyin nə qədər vacib olduğunu qeyd etsələr də, təəssüflər olsun ki, bir çox cütlüklər buna əməl etmir. Amma bu məsləhəti qulaq ardına vuran şəxslər bilməlidirlər ki, onların bu addımı gələcəkdə nəinki öz sağlamlıqları, eləcədə dünyaya gələcək övladlarının səhhəti üçün problem yarada bilər. Bu cür problemlərlə rastlaşmaq istəməyən cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.

Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh faktorundan aslıdır. Ümumiyyətlə, qan uyuşmazlığı yalnız qadında Rh mənfi, kişidə isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.

Əgər qanınız aşağıdakı qruplara aiddirsə, deməli uyğunsuzluq yoxdur.

Qadın Rh müsbət, kişi Rh mənfidirsə;

Qadın Rh mənfi, kişi Rh mənfidirsə;

Qadın Rh müsbət, kişi Rh müsbətdirsə;

Xüsusən, qohum evliliyi quran şəxslərin evlilikdən öncə qan qrupu yoxlamasından keçməsi daha vacibdir. Çünki, hər insanın genetik şifrəsində onun sağlamlığı üçün təhlükə yaratmasa belə, bəzi gizli xəstəliklər olur. Bu gizli xəstəliklər eyni genetik kodu daşıyan, vahid mənşədən gələn insanlarda çox vaxt eyni hissələrdə olur. Dünyaya gələcək körpənin düsturu isə yarı qədər anadan, yarı qədər atadan aslı olduğu üçün ata və anada olan bu gizli xəstəlik övladda bütünləşərək tam şəkildə özünü gəstərir. Bunun nəticəsində də qohum evliliyindən doğulan uşaqlar çox vaxt əqli və ya fiziki cəhətdən qüsulu, bəzi hallarda isə hətta şikəst doğulurlar.

Müxtəlif genetik kodu daşıyan insanlarda çox nadir hallarda bu cür uyğunluğa rast gəlinsə də, yenə də hər iki halda, körpənizin və özünüzün sağlamlığı üçün həkim nəzarətindən keçməyiniz mütləqdir.

Ailə və Uşaq     Baxılıb: 15126   Tarix: 09 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

maskalar kosmetik vasiteler makiyaj instagram ariqlamaq ucun yasil cay qadin psixologiyasi hakistalar abşeron tortu kosmetika veten gozde olar hakista sevda novruz hakista