Harvard alimləri müəyyənləşdirdi - Hansı duyğu bizi pis vərdişlərə sövq edir?

Harvard alimləri müəyyənləşdirdi - Hansı duyğu bizi pis vərdişlərə sövq edir?Harvard tədqiqatçılarından ibarət qrup aşkar edib ki, kədər pis vərdişlərə səbəb olur. Nə qəzəb, nə də stress, hirs, kədərdən fərqli olaraq nikotinə və ya alkoqoldan asılılığın aydın şəkildə meydana gəlməsinə səbəb olmur.
Milli.Az xəbər verir ki, alimlər bu barədə dörd araşdırma aparıb. Hər dörd halda tədqiqatçılar siqaret çəkənləri və onların emosional vəziyyətini müşahidə edib.
20 il ərzində on mindən çox insanın qatıldığı sorğu göstərib ki, kədər hissi hətta siqareti tərgidən insanları yenidən pis vərdişlərə və siqaretə qayıtmağa sövq edib. Pis vərdişlər ruh düşkünlüyü yaşayan insanları daha çox yaxalayır.
İkinci təcrübədə elm adamları kədərin siqaret çəkməyə məcbur edib-etmədiyini və ya bunun sadəcə təsadüf olduğunu yoxlamağa qərar verib. 425 könüllünün üçdə birinə yaxınlarını itirən insanların videoları göstərilib.
Digər qrupa ağac emalı ilə bağlı neytral klip izlətdirilib. Son qrupa çirkli tualet haqqında xoşagəlməz video göstərilib. İştirakçıların davranışlarını və duyğularını təhlil etdikdən sonra elm adamları belə bir nəticəyə gəlib: ilk klipi izləyənlərin digərlərindən daha çox siqaret çəkmə ehtimalı xüsusilə yüksəkdir.
Üçüncü tədqiqat ikincisi ilə oxşar olub, yalnız bu dəfə alimlər könüllülərin ifadələrinə etibar etməyib, müstəqil olaraq videoya baxarkən iştirakçıların siqaret çəkmək istəyinin nə dərəcədə olduğunu ölçüb. Yenə kədərlənənlər daha səbirsiz davranışlar sərgiləyib.
Son tədqiqatda alimlər qəmə batan insanların nə qədər tez-tez və nə qədər siqaret çəkdiyini hesablamağa qərar verib. Xüsusi cihazdan istifadə edərək araşdırmaçılar kötüyün sayını və siqaret çəkmə müddətini izləyib. Könüllülərə səkkiz saat siqaret çəkməmək tapşırılıb, sonra onlar iki qrupa bölünüb və kədərli video nümayiş etdirilib. Videoya baxdıqdan sonra iştirakçılar yaxınlarını itirməyin ağrısı və ya iş yerindəki vəziyyət haqqında kiçik mətnlər yazıb. Məlum olub ki, kədərli xatirələri yada salan insanlar daha aktiv siqaret çəkməyə meyllidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1105   Tarix: 14 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid