Havası təmiz 10 Avropa şəhəri/FOTO

Havası təmiz 10 Avropa şəhəri/FOTOPandemiya səbəbiylə bir ildən çoxdur ki, çölə çıxmaq qadağası və maska ​​tələbi bizə dərin nəfəs almağın nə qədər dəyərli olduğunu xatırlatdı. Ancaq havanın çirklənməsindən əziyyət çəkən şəhərlərdə yaşayanlar üçün təmiz hava pandemiyadan daha çox vacib görünür. Avropa Ətraf Mühit Agentliyinə (AEA) görə, havanın çirklənməsinə səbəb olan incə hissəcikli maddələr ürək-damar və tənəffüs yolu xəstəliklərinin yaranmasının başlıca səbəbidir. İqlim dəyişikliyinin və ətraf mühitin çirklənməsinin getdikcə artdığını nəzərə alsaq, təmiz havası olan yerlərə getmək istəyimizi hiss edirik. Lakin, təmiz hava almaq üçün okeanın ortasında boş bir adaya getməyə ehtiyac yoxdur. "İki sahil" Avropanın ən təmiz havası olan 10 şəhərini oxucularına təqdim edir:

Şakyay, Litva

Rusiyanın Kalininqrad şəhərinə yaxın Litvanın kiçik Şakyay şəhəri bu ölkənin ekoloji cəhətdən ən təmiz ərazilərindən birində yerləşir. Şəhərdə 7 milli qoruq var.

Korte, Korsika, Fransa

Fransanın Korsika adasının dağlıq hissəsində yerləşən Korte adanın qısa müstəqillik dövründə paytaxt idi. Kiçik qəsəbə olan Kortedə Restonika çayının keçidləri kəşf edilə bilər.

Nevşatel, İsveçrə

Nevşatel gölünün kənarında orta əsr şəhəri olan Nevşatel dağlarla əhatə olunub.

Almeriya, İspaniya

İspaniyanın ən günəşli şəhəri olaraq bilinən Almeriya Andalusiya bölgəsində yerləşir.

Umea, İsveç

İsveçin şimalında böyük şəhər olan Umea Avropa Ətraf Mühit Agentliyinin 2019-cu və 2020-ci illərdəki məlumatlarına görə, Avropada ən təmiz havaya sahibdir.

Kriff və Enniskillen, Birləşmiş Krallıq

Kriff və Enniskillen İngiltərənin təmiz hava deposu şəhərləridir.

Fundan, Portuqaliya

Fundan şəhəri Serra da Estrela və Serra da Malcata qoruqlarının arasında yerləşir.

Vielsalm, Belçika

Ardennes bölgəsinin mərkəzində yerləşən Vielsalm meşələrlə örtülmüş bir şəhərdir.

Bodo, Norveç

Norveçin Bodo şəhəri sıx meşəli dağlarla Norveç dənizi arasında yerləşir.

Muonio, Finlandiya

Avropada havası ən təmiz yer Finlandiyanın Muonio şəhəridir. Bu şəhərin sirri Pallas-Yllastunturi Milli Parkı ilə əhatə olunmasıdır.

Maraqlı     Baxılıb: 1786   Tarix: 03 avqust 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek gelinlikler hamiləlik hamileliyin ilk elameti sepkilere qarsi mualice sizanaqlara qarsi resept mirzə ələkbər sabir satiraları kosmetika bakire seksler ikizler orqazm əfsanələr