Haymorit

HaymoritBurunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması üçüzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.

Səbəbləri və Növləri

Haymorit – əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı – polisinusit baş verir.
Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də "sadə zökəmə" etinasız yanaşmaq lazım deyil. Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.

Simptomları

Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.

Diaqnostikası

Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası aparmaq lazım gəlir. Rentgenoqramda ciblərdə kölgəlik görünür. Bundan əlavə haymor cibi xüsusi iynənin köməyilə yerli anesteziya olunaraq sınaq üçün punksiya edilir. Bu zaman onun möhtəviyyatının xarakteri müəyyən olunur.

Müalicəsi

İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Antibiotiklərlə birlikdə antihistamin preparatları, damarbüzücü maddələr və spreylər təyin olunur. Həmçinin, sınaq punksiyası zamanı cibdə irin aşkar olunarsa, irinin açılıb təmizlənməsi sağalmanı tezləşdirəcək və xəstəni ağrılardan xilas edəcək.

Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərtilə istifadə etmək olar. Onların uzunmüddətli istifadəsi dərman asılılığına, medikamentoz zökəmin əmələ gəlməsinə və burunun selikli qişasındakı damarların bir növ iflicinə və ya selikli qişanın atrofiyasına gətirib çıxarır. Nəticədə burun daim tutulur və çox zaman cərrahi müdaxiləsiz bu vəziyyətdən çıxmaq mümkün olmur. Buna görə də burun damcıları istifadə olunarkən onları təyinatı üzrə qəbul etmək lazımdır.

Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma və s. kimi xəstəliklərin inkişafına təkan verə bilər. Bu ciblərin baş beyinə və göz yuvalarına yaxın yerləşməsi beyin qişalarının prosesə qoşulmasına və böyük beyin damarlarının trombozuna gətirib çıxara bilər. Beyin sümüklərində osteomielit, beyinin və beyin qişalarının iltihabı (meningit), abses və empiyema ən qorxulu və proqnozu ciddi olan ağırlaşmalardan hesab olunur. Belə olarsa xəstəliyin proqnozu ciddiləşir və bu zaman cərrahi müalicə qaçılmaz olur. Belə əməliyyatlara ümumi olaraq sinus cərrahiyyəsi deyilir.

Sağlamlıq     Baxılıb: 5023   Tarix: 31 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetoloq geyim dəbləri yay geyimləri 2026 qadın sonsuzluğu ana haqqinda atalar sozleri goyemin faydasi qadinlarin seksi kosmetika şəhid haxisda rus dilini oyrenek 2ci ders şirin qoğal bayati