Həddindən artıq qarpız yeməyin zərərləri açıqlandı

Həddindən artıq qarpız yeməyin zərərləri açıqlandıQarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.
Bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova xəbərdarlıq edib.
Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.
Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.
"Bundan başqa qarpızın bir yaşa qədər vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla (gündə 50-80 qramdan çox olmamaq şərtilə) vermək olar", - deyə o, əlavə edib.
Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.
Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil. "A", "C", "B" vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır. Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1052   Tarix: 04 oktyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri donlar 2026 sidik yolu infeksiyasi qadin saytlari neyrosirkulyator distoniya qadin ehtirasi artiran dermanlar kosmetika bedii edebiyyat atalar sözləri hesaplama novruza aid hakista rəksanə