Həftədə neçə dəfə seks?

Həftədə neçə dəfə seks?Məcburən sekslə məşğul olmaq seksual deyil. Unutmayın, seksin qədəri təyin edilmir.

Amerikalı seksopatoloq Tammy Nelson bildirib ki, onun ofisinə gələn bir çox cütlük eyni suala cavab tapmaq istəyir: seks həyatımız normaldırmı? Onlar kifayət qədər sekslə məşğul olub-olmadıqlarını, doğru seks növünü, tərəf müqabillərinin seks istəyinin çox olub-olmadığını öyrənmək istəyirlər. Mütəxəssis bildirir ki, cütlüklər bəzən yataqda tamamilə fərqli şeylər etməli olduqlarını düşünərək narahat olurlar.

T. Nelson deyir ki, "normal" deyilən bir məfhum yoxdur. "Normal" paltaryuyan maşınında bir proqramdır, bundan artıq deyil. Əhəmiyyətli olan tərəf müqabilinizə can yandırmaq və ehtiyacı olanları qəbul etməkdir, hətta sizdən fərqli olsa belə. Aile.lent.az mütəxəssisin cinsi həyatlarından narahat olan cütlüklərə verdikləri tövsiyələrlə sizi də tanış edir.

Başqa cütlüklərin nə qədər sevişdiklərini düşünüb narahat olmaq məsləhət deyil. Tərəf müqabilinizlə həddindən artıq aktiv seks həyatı yaşamağa çalışmaqdan imtina edin. Mövzu seksdirsə, hər cütlüyün öz "norma"sı var. Üzərində düşünməniz lazım olan əsl məqam budur. Bir cütlük illər boyu həftədə 2-3 dəfə sevişir, bu say 1-ə düşübsə, demək şablon dəyişib və sıxlıq azalıb. Tərəf müqabilinizlə seks barədə danışdıqda bu məqama diqqət yetirin. Mütəxəssislər seks mövzusunda "sehrli ədədlər"in olmadığını da vurğulayır və davamlı sevişdiklərini iddia edən cütlüklərin yalan danışdığını vurğulayırlar: "Cütlüklərin çoxu həftədə 3 dəfə sevişdiklərini iddia edirlər, lakin xüsusi müayinələrdə bu rəqəmin həqiqətə uyğun gəlmədiyi aşkarlanır. Sizin üçün bu an normal olan şey bir neçə il sonra normal olmayacaq. Orta say tapmaqdan daha əhəmiyyətli olan məqam cinsi baxımdan nə qədər təmin olunmağınızdır".

Ortaq seks həyatı libidonuz, zamanınız, enerjiniz və seksi prioritet halına gətirməyə dair ortaq arzunuz arasında bir naviqasiya kimidir. Seks həyatınızla bağlı tez-tez söhbətlər və yataq otağı xaricində paylaşdığınız səmimi toxunuşların miqdarını artırmaq cinsi həyatı uzun müddət təmin edən ən əhəmiyyətli faktorlardır: "Cütlüklərdən biri seks həyatına olan marağı qorumalıdır. Əks halda, yataq otağınızda ölümlə üz-üzə gəlmək kimi olarsınız. Seks hər zaman vacib olan deyil. Bəzən seksin başlaması üçün ön sevişmə, diqqət, qayğı və anın həzzini yaşamaq lazımdır. Bəzən cinsi arzu seksin əvvəlində deyil, daha çox ortalarında yaranır".

Seks impulsu aşağı olan tərəf sizsinizsə, utanmağa ehtiyac yoxdur. Cinsi əlaqədə əsas olan arzudur. Sadəcə olaraq seksə maraq göstərin və bunun üçün araşdırmalar aparın. Fiziki və hormonal balanssızlıqlar yaşayırsınızsa, cinsi əlaqə sizi incidə və yataq otağında davamlı eyni şeyləri etməkdən bezmiş ola bilərsiniz. Bəzən seks impulsu az olan tərəf, yataqda istədiklərini edə bilmir və ya qarşı tərəfin təzyiqi ilə istəmədiklərini edir. Seksə məcburiyyət olmamalıdır: "Gecənin sonunda tərəf müqabilinizlə yataqda uzanarkən gözlərinizi tavana dikib seks həyatınızı digərləri ilə müqayisə edib, "normal" olub-olmadığını düşünməyin. Aktiv olun, tərəf müqabilinizə tərəf dönün və onunla yataq otağında nələr istədiyiniz barədə danışın, qucaqlaşın, masturbasiya edin, cinsi əlaqə barədə fikirlərinizi açıq-aydın izah edin. Əsla səssizcə hirslənməyə və ya kin saxlamağa çalışmayın. Qənaətbəxş bir seks həyatının sirri yalnız öz istədiyini almaq deyil, partnyoruna da istədiyini verə bilməkdir".

Ailə və Uşaq     Baxılıb: 30561   Tarix: 13 oktyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

yay geyimləri 2026 donlar 2026 geyim dəbləri eşq və məhəbbət sərxan kərəmoğlu ancelinacoli huseyn cavid seirleri kosmetika rəksanə qu quşu brusell bakteriyası kəlamlar vusale elizade