Həkim-infeksionist: "Buster" doza xəstəni kəskin ağırlaşmalardan qoruyur

Həkim-infeksionist: Vaksinasiya nəticəsində orqanizmdə infeksiya əleyhinə anticisimlər yaranır. Ümumiyyətlə orqanizmdə hansısa virusa qarşı anticisimlər ya peyvəndləmə, ya da xəstəliyə yoluxma nəticəsində baş verir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya iki mərhələdən ibarətdir. Lakin risk qrupuna daxil olan şəxslərin "buster", yəni qüvvətləndirici doza ilə peyvəndlənməsi də məsləhətdir. "Buster" dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. Belə olan halda infeksiya ilə yoluxma ehtimalı azalır. "Buster" doza xüsusilə xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə "buster" doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə COVID-19 virusu əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə danışarkən deyib.
Həkim-infeksionist bildirib ki, COVID-19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 65-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir: "Yaşının az olmasına baxmayaraq, yanaşı xəstəlikləri olan vətəndaşlar da "buster" doza ilə peyvəndlənə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, "buster" doza vurdurmaq üçün mütəxəssis müayinəsindən keçmək lazımdır. Özümüzü və ətrafımızı qorumaq üçün vaksinasiyada aktiv iştirak etmək vacib şərtdir. Yalnız əhali arasında kütləvi immunitet formalaşdığı halda epidemioloji vəziyyət düzələ bilər".
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 92 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 350, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 614 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 589 min 459 nəfər təşkil edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 15 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme