Həkim-infeksionist: Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur

Həkim-infeksionist: Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdurÇox az xəstəlik var ki, ona qarşı peyvənd mövcuddur və qrip həmin xəstəliklərdən biridir. Peyvənd müalicə deyil. O, xəstəliyə yoluxmanın qarşısını almaq üçün tətbiq olunan bir vasitədir. Peyvəndin hazırlanması qaydasına gəlincə, qrip virusunun, yəni tibbi dildə desək, influenza virusunun kiçik bir hissəciyi orqanizmə daxil edilir ki, immun sistemi həmin virusla qarşılaşanda ona qarşı hazırlıqlı olsun. Biri var həmin virusu böyük miqdarda qəbul edərək xəstələnəsən, bir də var heç bir xəstəlik törətmə qabiliyyəti olmayan kiçik bir hissəcik orqanizmə yeridilərək özünü mübarizəyə hazırlayasan. Bunun nəticəsində ya həmin virusla xəstələnmə baş vermir, ya da çox yüngül əlamətlərlə keçir. Çünki peyvənd nəticəsində qanda virusa qarşı cavab reaksiyası yaranır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə yeni növ koronavirus (COVID-19) infeksiyası da qrip kimi respirator virusun törətdiyi xəstəlikdir. Əlamətləri oxşar olduğundan onları ayırd etmək də çətindir. Lakin qrip keçirən xəstə həm də əlavə olaraq koronavirusa yoluxarsa, qrip zamanı onun immuniteti zəiflədiyindən onların birlikdə daha ağır fəsadı ola bilər. Təəssüf ki, hazırda koronavirusa qarşı peyvənd olmasa da, qrip əleyhinə var və ondan qoruna bilirik.
Mütəxəssis bildirib ki, qrip peyvəndi tam zərərsizdir. Hətta göstəriş olduqda hamilə qadınlara da vurula bilər. Qrip peyvəndinin qadağan olunduğu elə bir kateqoriya yoxdur. Lakin xüsusi qruplar var ki, onlara hər zaman daha diqqətlə yanaşmaq lazımdır. Həmin kateqoriyaya ürək-damar sistemi, şəkərli diabet, onkoloji və yanaşı xəstəlikləri olanlar, immunsupressiv müalicə alanlar və yaşı 50-dən yuxarı olanlar aid edilir.
"Peyvəndlərin funksiyası orqanizmdə immun sistemini hazırlıqlı vəziyyətə gətirib anticisimlər istehsal etməkdir. Təəssüf ki, bütün peyvəndlərdə anticisimlər eyni miqdarda istehsal olunmur. Bəzi xəstəliklər var ki, peyvənd ediləndən sonra orqanizm ömürlük immunitet qazanır və yoluxma baş verəndə onu həmişəlik qoruyur. Lakin qrip peyvəndində belə deyil. Qrip virusunun növləri hər il dəyişir. Ona görə də virusa yoluxmamaq üçün hər il mütləq şəkildə peyvənd təkrarlanmalıdır. Hər il istehsal olunan peyvəndlər bir il əvvəlki qrip virusunun ən çox yayılmış növlərinə uyğun olaraq istehsal olunur. Ümumi epidemioloji vəziyyəti və yoluxma hallarını təhlil edəndə qrip peyvəndinin xəstəliyə yoluxma sayını azaltdığı müşahidə etmək mümkündür. Həmin peyvənd kifayət qədər qoruyucudur. Bəzi vətəndaşlar peyvənd olunsa da, xəstələndiyini güman edir. Lakin bu, o heç də həmin qrip virusu ilə xəstələnmə demək deyil. Qızdırma, öskürək, burun axıntısı kimi eyni əlamətlərlə təzahür edən onlarla virus var. Yəni bir neçə virus xəstəliyi var ki, hər kəs ona yoluxa bilər və həmin oxşar əlamətlərlə qripi səhv sala bilər.
Peyvənd edilən nahiyədə qızartı və yüngül reaksiya ola bilər. Həmçinin həmin gün 37-37,5°C hərarət müşahidə edilə və bununla da ötüb keçə bilər. Əvəzində isə xəstəlik heç bir ağırlaşmaya səbəb olmaz.
Dünyada peyvənd istehsal edən şirkətlərin sayı çox deyil və onu bütün ölkələrdə istehsal etmirlər. Bu sahədə bir neçə lider ölkə var ki, peyvəndlər onlardan alınır. Beynəlxalq vəziyyət nəzərə alınaraq onların istehsal etdiyi peyvəndlər dünyada ən çox yayılmış ştamları özündə birləşdirir.
Qrip xəstəliyi gənclərdə nisbətən yüngül, xüsusi əlamətləri və ağırlaşma halları olmadan keçə bilər. Lakin influenza virusunun keçirilməsinə əminlik olmalıdır, çünki digər respirator viruslar daha çox yüngül hərarət, bir neçə gün davam edən halsızlıqla özünü büruzə verir. Qrip isə daha ağır xəstəlikdir, yoluxma zamanı yüksək hərarət və əzələ-oynaq ağrıları qeydə alınır. Gənclərdə ağırlaşma halları az olsa da, onlar əmək fəaliyyətindən geri qalırlar. Xəstəliyə yoluxanlar arasında elələri olur ki, onlar əmək fəaliyyətləri ilə əlaqədar hər gün işə çıxmalıdırlar. Belə halda qorunmaq üçün peyvəndə müraciət edilməsi məsləhətdir. Bununla yanaşı risk qrupunda olanlarda xəstəlik ağırlaşmaya səbəb ola bilər. Onların mütləq şəkildə peyvənd edilməsi tövsiyə olunur. Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur və uşaqlarda da ağır fəsadlara səbəb ola bilər".
Həkim-infeksionist peyvəndin vurulma vaxtını xatırladaraq fikrini yekunlaşdırıb: "Oktyabrdan peyvənd vurulmasına başlamaq olar. Peyvənd vurulandan iki həftə sonra öz təsirini göstərməyə başlayır. Kəskin respirator xəstəliklərin, o cümlədən qrip virusunun yaza qədər müşahidə olunduğunu nəzərə alsaq, fevral ayına qədər peyvənd vurdurmaq mümkündür. Yaz-yay aylarında peyvənd olunmaq tövsiyə edilmir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 13 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid