Həkim-kardioloq: Ürək tutmasının əsas səbəbi miokard infarktıdır

Həkim-kardioloq: Ürək tutmasının əsas səbəbi miokard infarktıdırMiokard infarktının ilk əlaməti döş sümüyünün arxasında (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Bu zaman ağrı çox güclü olub yandırıcı şəkildə hiss edilir. Hətta bəzən xəstə ağrı hissi çox dözülməz olduğu üçün qışqırmağa məcbur olur. Ağrı sol qol, çiyin, kürək, aşağı çənə, boyun və kürəklərarası sahəyə yayılır. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq, ağırlıq hissi yarana bilər. Belə olan halda, ağrı ürəkbulanma, qusma, soyuq tər, həyəcan, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəsalmanın çətinləşməsi, huşun itməsi ilə müşayiət olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev ürəyin miokard infarktı barədə danışaraq deyib.
Həkim-mütəxəssis bildirib ki, bir sıra hallarda xəstə heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər: "Bu, miokard infarktının ağrısız formasıdır və adətən uzun müddət şəkərli diabeti olan xəstələrdə müşahidə edilir. Miokard infarktı keçirən xəstələr ilk yardım kimi nitroqliserin qəbul etdikdən sonra da ağrı keçmir və 15 dəqiqədən çox davam edirsə, xəstəyə təcili yardım çağırmaq lazımdır. Ağrıya dözərək vaxt itirmək məsləhət deyil. Kəskin ürək ağrıları zamanı tibbi yardımın gecikdirilməsi xəstənin həyatdaqalma şansını azaldır".
E.Hacıbalayevin dediyinə görə, təcili yardım həkimi gələnə qədər baş hissəsi bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzatmaq, onun üçün tam sakitlik yaratmaq, otağın nəfəsliyini və ya pəncərəsini açmaq lazımdır. Xəstəyə dilinin altına qoymaqla nitroqliserin həbi vermək və onu tamamilə sovurmağı tapşırmaq lazımdır. İkinci həb isə yalnız 5 dəqiqədən sonra verilir. Bunu 3 dəfədən artıq təkrar etmək olmaz. Əgər nitroqliserin yoxdursa, onu validolla əvəz etmək olar. Mütləq xəstənin arterial təzyiqini ölçmək lazımdır. Çünki miokard infarktı zamanı arterial təzyiq kəskin şəkildə düşə bilər. Əgər arterial təzyiq çox aşağıdırsa, xəstəyə nitroqliserin və validol vermək olmaz. Əks-göstəriş yoxdursa, xəstəyə 1 həb aspirin vermək olar. Bu, tromb yaranması prosesini zəiflətmək üçün istifadə edilir. Təcili yardım həkimi xəstəni müayinə etdikdən sonra miokard infarktı olduğuna şübhələnərsə, xəstə tez bir zamanda və yalnız xərəkdə ixtisaslaşmış tibb müəssisəsinə aparılmalıdır".
Həkim-kardioloq, həmçinin miokard infarktı ilə ürək tutması arasındakı fərqlərdən danışıb: "Miokard infarktı əsasən ateroskleroz səbəbi ilə koronar damarların daralması nəticəsində meydana gələn miokardın qan təchizatının kəsilməsindən qaynaqlanır. Ürək tutması və ya qan dövranının dayanması isə ürəyin təsirli bir şəkildə yığılmaması səbəbindən qan dövranının dayanmasıdır. Qan təchizatının kəsildiyinə görə miokardın pozulmuş funksiyasına miokard infarktı, nasos funksiyasının pozulmasına görə qan dövranının dayanmasına isə ürək tutması deyilir. Ürək dayanması zamanı xəstə birdən yıxılır. Onu da qeyd etmək lazımdır ki, miokard infarktı elə ürək tutmasının əsas səbəbidir. Ürək tutması reanimasiya cəhdləri ilə müalicə olunur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1085   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme