Həkim-pediatr: Pnevmoniyası olan uşaq özünü halsız hiss edir, aktiv ola bilmir

Həkim-pediatr: Pnevmoniyası olan uşaq özünü halsız hiss edir, aktiv ola bilmirPnevmoniya alveolların, yəni oksigenin qana keçdiyi hava kisələrinin iltihabıdır. Kiçik kisələri xatırladan alveolların içərisinə hava dolur və həmin havanın tərkibindəki oksigen damarların divarlarından qana keçir. Həmin kisələr nə qədər yaxşı açılar və hava ilə çox dolarsa, qana keçən oksigenin miqdarı da bol olur. Lakin bu kisələr mikroblar və ya virusların təsirinə görə, iltihablı maye ilə dolduqda hava az keçə və ya heç keçməyə də bilər. Belə olan halda, qandakı oksigenin də miqdarı azalır. Bu, saturasiyanın (qanda oksigen səviyyəsi) aşağı düşməsinə səbəb olur. Saturasiya düşdükdə xəstə özünü halsız, əhvalsız hiss edir və iştahasız olur. Deməli, pnevmoniya olan uşaq aktiv hərəkət edə bilmir. Bəzən valideynlər evdə aktiv hərəkət edən, oynayan, lakin arabir və ya davamlı öskürən uşağın sətəlcəm olduğunu düşünür, rentgen müayinəsinə tələsirlər. Buna ehtiyac yoxdur, çünki hər öskürək pnevmoniya əlaməti deyil. Pnevmoniya xəstəliyi zamanı öskürək olmaya da bilər.
Milli.Az xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, körpələr, adətən, pnevmoniya ilə xəstələndiyi zaman zarıyır və yeməkdən imtina edirlər: "Əksər hallarda onların tənəffüsü çətinləşir. Ümumiyyətlə yenidoğulmuşlar üçün zarımaq, adətən, xəstəlik əlaməti, aktiv səsli, emosiyalı ağlamaq isə sağlamlıq əlamətidir. Yenidoğulmuşlarda alveollar, yəni hava kisələri tam açılmadığı halda da onlarda pnevmoniya inkişaf edə bilir. Hətta reflüksi olan, yəni tez-tez qusan, eləcə də süd aspirasiyası (nəfəs yoluna getməsi) ilə üzləşən körpələrdə də pnevmoniya yarana bilər. Həmçinin serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlarda belə, yeməyin aspirasiyası ilə əlaqədar yaranan pnevmoniyalara tez-tez rast gəlinir. Əksər hallarda isə pnevmoniya - ağciyər toxumasının iltihabı viruslardan və ya mikroblardan qaynaqlanır. Onlardan bəzilərinə qarşı, misal üçün pnevmokok pnevmoniyası və hemofilus influenza əleyhinə peyvəndlər mövcuddur. Hər dəfə qriplə yoluxan zaman xəstədə əlamətlər qalır və onda pnevmoniya yaranırsa, belə şəxslərin qrip əleyhinə də vaksin vurdurması məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1479   Tarix: 23 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti