Həkim-terapevt: Qida əlavələrinin həddindən çox qəbulu orqanizmdə geridönməz proseslər əmələ gətirir

Həkim-terapevt: Qida əlavələrinin həddindən çox qəbulu orqanizmdə geridönməz proseslər əmələ gətirirYeni növ koronavirusla (COVID-19) mübarizədə ən əsas məsələlərdən biri də immun sisteminin möhkəmləndirilməsidir. Bu baxımdan qida rasionuna vitamin və minerallarla zəngin qidaların daxil edilməsi vacibdir.
Son zamanlar bioloji fəallığa malik qida əlavələrindən də çox istifadə olunur. Mütəxəssislər isə bildirirlər ki, bəzən kapsul, həb, toz, sirop və digər formada hazırlanmış həmin məhsulları dərman preparatları ilə eyniləşdirirlər.
Milli.Az bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Qida əlavələri dərman vasitəsi sayılmır, lakin onların tərkibi qida məhsullarının tərkibinə yaxın olması və orqanizmin zəruri tələbatlarını ödəməsinə baxmayaraq, heç bir halda normal qidalanmanı əvəz etmir. Qida əlavələri müəyyən bir normada qəbul edilməlidir, çünki onların səmərəsi yalnız müəyyən edilmiş normada özünü göstərir".
Qida əlavələri reseptsiz satılır. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Həmin əlavələr üzərindəki təlimatlarla tanış olduqdan sonra istifadə edilməlidir.
həkimlərin dediyinə görə, insanlar bəzən immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək zərurət olmadığı təqdirdə qida əlavələri qəbul edirlər. Həmin məhsuldan düzgün istifadə edilmədikdə orqanizmdə ciddi fəsadlar yarada bilər: "Onun həddindən çox qəbul edilməsi orqanizmdə geridönməz proseslər əmələ gətirir. Həmçinin qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri və zamanla bağırsaq xəstəliyindən əziyyət çəkməyə səbəb olur",- deyə həkim-terapevt bildirib.
Orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmaqdır. Unutmaq lazım deyil ki, qida əlavələri heç də həmişə təhlükəsiz və sağlam qidalanmanın tələblərinə cavab vermir. Ona görə də mütəxəssislər mümkün qədər vitamin, mineral və digər komponentləri gündəlik qidalardan almağı tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1521   Tarix: 13 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yay kolleksiyasi gelinlikler toy makiyaji sekilleri qaymaqlı krem usaq otagi dizaynlari gəlinliklər hakışta xınayaxdı kosmetika nağıllar opusme prostat qiz evi ucun balıq