Həkim, yoxsa "sınıqçı", "çöpçü"...?

Həkim, yoxsa Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Azərbaycanda, xüsusən də bölgələrdə əli, qolu çıxan və ya ayağı sınan insanların bir çoxu həkim əvəzinə, sınıqçıya üz tutur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hətta bəzi onlayn xidmət saytlarında vətəndaşlara xidmət təklif edən sınıqçılara da rast gəlmək mümkündür.
Sınıqçılıq - el arasında yayılmış xalq təbabət üsulları ilə müalicə növüdür. Sınıqçı çıxmış və ya sınmış sümüyü yerinə sala bilən ara həkimidir. İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər.
Sınıqçılar sümükləri yerinə oturtduqdan sonra bir qayda olaraq yumurta və xəmirdən istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar. Bu hərəkətsizlik ondan ötrü lazımdır ki, sınığın yeri rahat sağala bilsin. Hətta kartofdan, xiyardan istifadə edən sınıqçılar da var.
Ara həkimlərinin qəbulunda olmuş bir çox "pasiyent" bu metodun effektivliyindən razılıqla danışır.
Ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv yanaşma hesab edirlər. Sınıqların müasir avadanlıqlarla diaqnozu mümkündür və sınıq olan yer mütləq rentgen olunmalıdır.
Sınıqçılar rentgen etmədikləri üçün istənilən halda sümüyün əyri bitməsi təhlükəsinin olduğunu inkar etmək olmaz.
Ortoped-travmatoloqlar deyirlər ki, elmin, tibbin bu qədər inkişaf etdiyi vaxtda heç bir təhsili olmayan, hətta damarın, nəbzin haradan keçdiyini bilməyən birinin yanına getmək olmaz. Kortəbii şəkildə sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələlərə, vətərlərə, damarlara zərər vermək deməkdir.
Ortoped-travmatoloqlar yumurta ilə sınığın, çıxığın sağalmasını gözləməyi düzgün hesab etmirlər.
Bu sual nəinki sadə vətəndaşların, bəzən həkimlərin belə mübahisə obyekti olur, amma nə olur olsun insanlarımız və çöpçülərimiz öz işlərindədir.
Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğurdan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir, belə bir şey yoxdur, amma bunu hamımız bilirik ki, bəzən yediyimiz yeməyin üstündən 1-2 saat keçəndən sonra boğazımızı haykıranda həmin yemək qırıntıları ağzımıza gəlir, deməli uşaqlar bunu bacarmırlarsa həmin qırıntılar boğazda qala bilər. Amma bu qırıntılar biz azərbaycanlılarda yaman çox qalır, məgər Avropada uşaq böyümürmü, axı orada çöpçü yoxdur.
Deməli, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər, sizin çöpçü yanına apardığınız uşaqların öyrəncəli olduğunu bütün valideyinlər bilir, çünki çöpçü çox təzyiqlə uşağın burnuna üfürür, sonra həmin yemək qırıntıları ilişib qalan kisəcik böyüyür və çöpcüdən asılı vəziyyətə düşürsünüz, hələ bir təhlükəni də deyim burun dəliyi ilə qulaq arasında bir boru var buna yevstax borusu deyirlər, çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər bəlkədə neçə dəfələrlə cırılıb bilməmisiniz.
Yaxşı bəs nə etməli? Mən sizə təhlükəsiz bu işin həllini deyirəm uşaqlarınız yazıqdır, onlara bir daha bu əziyyəti verməyin.
Əgər çöpdən şübhələnirsinizsə, axşam uşağın hər burun dəliyinə 5-6 damcı zeytun yağı tökün, səhər bir vedrə suyu isidin, bir dəfəyə yavaş-yavaş uşağın təpəsindən bir nöqtəyə tökün, uşağın çöpü öz-özünə gedəcəkdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 21 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

həkim məsləhəti qis geyimləri 2026 gelinlikler məsləhətlər sızanaqlara qarşı maska 2026 geyim dibcekler kosmetika cinsi əlaqə janrlar bayatılarımızda vətən həsrəti balıq cantalar