Həkimdən birinci doza vaksin xəbərdarlığı: "Hər 70-75 insandan biri...

Həkimdən birinci doza vaksin xəbərdarlığı: "Hər 70-75 insandan biri...Azərbaycanın koronovirus pandemiyası ilə mübarizə tədbirlərini çox müsbət qiymətləndirirəm. Ölkədə COVID-19-la bağlı vəziyyətin və aparılan mübarizənin qənaətbəxş olması barədə Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə öz fikrini bildirib. Azərbaycan hakimiyyəti hələ koronovirus peyvəndləri istehsal olunmazdan əvvəl beynəlxalq COVAX proqramına qoşularaq yoxsul ölkələrə maliyyə yardımı edib. Odur ki, Azərbaycan dünyada peyvənd alan ilk ölkələr cərgəsindədir. Azərbaycan MDB ölkələri arasında olunan vaksinasiyanın səviyyəsinə görə də liderdir. Bütün bunlar mühüm işlərdir.
Bu sözləri Publika.az-a açıqlamasında pulmonoloq, allerqoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, dünyada koronavirusa yoluxan hər 40-45 nəfərdən biri ölür, Azərbaycanda isə virusa yoluxmuş hər 70-75 insandan biri dünyasını dəyişir:
"Dünya, hətta Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVƏD-lə bağlı mövcud vəziyyət kifayət qədər yaxşıdır. Qafqaz ölkələri arasında da həm əhali, həm xəstələnmə, həm də ölənlərin sayına görə ölkəmiz başqalarına nümunədir".
Həkimdən birinci doza vaksin xəbərdarlığı: "Hər 70-75 insandan biri...Vaksinin əhəmiyyətindən söz açan həkim qeyd edib ki, istənilən infeksion xəstəliyin profilaktikasında ən vacib məsələ vaksindir:
"Vaksin olunan insanlarda demək olar ki, COVID-19 infeksiyası yüngül keçir, ağırlaşmalar olmur, ən önəmlisi ölüm hallarına demək olar ki, rast gəlinmir. Bunlar vaksinin qazandırdığı əsas üstünlüklərdir. Bu barədə Avropa ölkələrinin də, İsrailin də apardığı tədqiqatlar var.
Həm ölkəmizdə, həm də dünya ölkələrində aparılan vaksinasiya COVID-19 infeksiyasının tezliklə başa çatmasına, ən azından idarə olunan səviyyədə olmasına gətirib çıxaracaq. Eləcə də ölüm hallarının və səhiyyə sisteminin üzərinə düşən yükün azalmasına səbəb olacaq.
Vaksinasiya haqqında insanların çox yanlış təsəvvürləri var. Elə düşünürlər ki, vaksinasiya olundusa, birinci dozadan sonra qoruyuculuq qabiliyyətinə malikdir. Əslində belə deyil. İkinci doza vurulduqdan sonra 2-4 həftə müddətində insanlar yenə də qorunma qaydalarına əməl etməlidir ki, yoluxmalasınlar".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 4505   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

reseptler makiyaj etmek qaydalari həkim məsləhəti hikmətli hekayələr geyim şəkilləri qrip haqqında zoğalın faydaları kosmetika maraqlı sac modelleri oğlan evine aid hakisda qizliq perdesi əfsanələr