Həkimə getmədən B12 vitamini çatışmazlığını təyin edin - ƏLAMƏTLƏR
"B12" vitamini çatışmazlığı bir neçə əlamətlə, ilk növbədə də dərinin rəngi ilə müəyyən edilə bilər. Belə insanlarda dəri çox solğun və ya saralmış olur.
Bu barədə rusiyalı nutrisioloq Anastasiya Qavrikova həkimə getmədən və analizlər vermədən B12 vitamini çatışmazlığını necə təyin etməyi açıqlayarkən bildirib.
Onun sözlərinə görə bir çoxları bu vitaminin əhəmiyyətini düzgün qiymətləndirmir, halbuki sinir hüceyrələrini sağlam saxlamaq, sinir impulslarının ötürülməsi funksiyasını yaxşılaşdırmaq və mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün əvəzsizdir.
Bundan başqa körpənin nevroloji pozğunluqlarının qarşısını almaq üçün hamilə qadınlarda B12 vitamini kifayət qədər miqdarda olmalıdır.
"Daimi zəiflik və yorğunluq da B12 çatışmazlığının vacib siqnallarıdır. Yaddaş problemləri, əhval dəyişikliyi, dad qönçələri olmayan iltihablı qırmızı dil (selikli qişanın atrofiyası) da problemi göstərə bilər", - deyə Qavrikova əlavə edib.
Nutrisioloq B12 vitamininin əsasən qaraciyərdə, dietik ətdə, toyuqda, balıqda, dəniz məhsullarında və yumurtada olduğunu vurğulayıb
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arıqlamağa mane olan 3 böyük səhv
Uzun müddət oturmaq ölüm riskini artırır
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı