Həkimlər koronavirusun xəbərçisi olan simptomu açıqladı
COVID-19 iştahsızlıq, ürəkbulanma, qusma və ishal daxil olmaqla yüngül mədə-bağırsaq simptomlarına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın Mayo Klinikasının həkimləri məlumat verib.
Bununla birlikdə xəstəliyin bu əlamətləri çox görülmür və mütəxəssislər yalnız bir gün davam edə biləcəyini söyləyiblər. Bəzi xəstələrdə ishal və ürəkbulanma qızdırma, öskürək, dadbimə və iybilmə qabiliyyətinin yox olması kimi koronavirus simptomları başlamazdan əvvəl ortaya çıxır.
Tədqiqat zamanı mütəxəssislər COVID-19 testi pozitiv çıxan 116 nəfərin tibbi qeydlərini araşdırıb və demək olar ki, üçdə birində həzm pozuntusu aşkar olunub.
Həkimlər xatırladıblar ki, ürəkbulanma və ishal bir sıra digər xəstəliklərə də işarə edə bilər. Məsələn, qrip, miqren, depressiya, mədə-bağırsaq xəstəlikləri və ya müxtəlif dərmanların əks təsiri ola bilər. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir