Həkimsiz və dərmansız 1 gün ərzində bu infeksiyanı müalicə etmək mümkündür

Həkimsiz və dərmansız 1 gün ərzində bu infeksiyanı müalicə etmək mümkündürQulaq ağrısı orta qulağın infeksiyası xəstəliyidir. Qulağın iltihabi prosesi isə otit adlanır. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra yaranır. Ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi də qulaq iltihabına səbəb olur. Bununla yanaşı, burun-udlaqda baş verən adenoid və burun çəpəri əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.
Həmçinin, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi qulağın təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.
Otitlər daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetinin zəifliyindən asılıdır.
Hər cür qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. SaqlamHeyat.az xarici mətbuata istinadən , qulaq iltihabını aradan qaldıran təbii müalicə üsullarını təqdim edir:
1. Alma sirkəsi
Alma sirkəsi qulağın ph dəyərini tarazlaşdırmaq üçün çox yaxşı təbii vasitədir. Qulaq üçün damcı butulkasını təmizləyib sildikdən sonra içinə alma sirkəsi tökün. Bu şüşədən infeksiyalı qulağınıza bir neçə damcı damcıladın. Qısa müddətdən sonra qulağınızın yaxşılaşdığını və ağrınızın yüngülləşdiyini hiss edəcəksiniz. Sirkə damcılatdıqdan sonra qulağınızı təmiz pambıq parçası ilə tıxayıb bir neçə dəqiqə bu şəkildə gözləməyi unutmayın.
2. Zeytun yağı
Qədim dövrlərdən bu yana bir çox xəstəliyin müalicəsində istifadə olunan zeytun yağı qulaq infeksiyaları üçün də effektlidir. Bunun üçün az miqdarda zeytun yağını təmiz bir qabda qaynatmadan qızdırın. Daha sonra otaq temperaturunda soyudun. Sonra alma sirkəsində olduğu kimi qulağınıza bir neçə damcı damcıladın. Zeytun yağı toxumaların hərarətini aşağı salaraq qulağın yaxşılaşmasını təmin edir və sağalma prosesini sürətləndirir.
3. Sarımsaq
Sarımsaq antibiotik xüsusiyyətləri sayəsində bir çox infeksiyanın müalicəsində istifadə edilir. O cümlədən, qulaq infeksiyalarını da sağaldır. Sarımsaq yağı da qulaq damcısı kimi istifadə edilir. Yağı yoxdursa, iki hissəyə böldüyünüz bir diş böyük sarımsağı zeytun yağının içinə atıb zəif odda bir neçə dəqiqə qızdırın. Sonra otaq temperaturunda olan məhlulun içindəki sarımsaqları çıxarıb yağından qulaq damcısı kimi istifadə edin.
4. Hidrogen peroksid
Qulaq infeksiyaları, adətən, xarici amillərin təsiri ilə əmələ gəlsə də, qulaq içində yığılmış çirkdən də qaynaqlana bilər. Belə olan halda qulağı çirkdən təmizləyib ağrını sakitləşdirməyin ən yaxşı yolu hidrogen peroksidlə müalicəsidir. Hidrogen peroksidi hidrogen peroksidin ayrılmış halı olan oksigenli su ilə əvəz edə bilərsiniz. Oksigenli suyu qulağınıza damcılatdıqdan sonra bir neçə dəqiqə gözləyin. Sonra yana çevirib başınızı yelləyin və suyun axmasını təmin edin.
5. Evkalipt yağı
Evkalipt yağı da qulaq infeksiyaları üçün olduqca təsirli bitkidir. Ancaq mütləq zeytun yağı ilə birlikdə istifadə edilməlidir. 1 damcı evkalipt yağı və 3 damcı zeytun yağını qarışdırıb qızdırın. Otaq temperaturunda soyudandan sonra qulağınıza bir neçə damcı töküb gözləyin. Qulağınızın yavaş-yavaş rahatlaşdığını hiss edəcəksiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1995   Tarix: 22 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları gelinlikler üz maskaları yataqda seks romantik pozalar saclarin yigilmasi kosmetika bürcler orqazm novruz hakışdaları atalar sözləri sirniyatlar