Həm ucuz, həm də çox faydalı olan - Kilkə balığı

Həm ucuz, həm də çox faydalı olan - Kilkə balığıKilkə balığı həm böyüməkdə olan uşaqlar, həm hamilə qadınlar, həm süd verən analar, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.
Həkim-fitoterapevt Fizuli Hüseynov  qeyd edib ki, bu balıqlar fosfor mənbəyidir. Belə ki, kilkə balığında başqa balıqlarda olduğundan qat-qat çox fosfor vardır (hər 100 qramında təxminən 300 mq), bu isə bizim gündəlik normadan 3 dəfə çoxdur. Fosfor hamilə qadınlarda körpənin beyin inkişafı üçün əvəzolunmaz nemət olmaqla yanaşı, böyüməkdə olan orqanizmə kalsiumdan sonra ikinci lazım olan mineraldır.
Fosfor beyini inkişaf etdirir və bizim hər bir toxumamızda rast gəlinən bir mineraldır. Təxminən 100 kiloqramlıq insanda 1 kq fosfor olur. Bunun da 80 faizi sümüklərdə və dişlərdə olur, fosfor həm zülal, həm də karbohidratın əmələ gəlməsində aktiv rol oynayır.
Orqanizmində fosfor çatışmayan uşaqlarda sümük əyilməsi, arıqlama, gözlərdə zəifləmə və s. kimi hallar baş verir. Nəzərə almaq lazımdır ki, fosforun çoxluğu da bir problemdir:
"Hər gün kilkə balığı yesək də, bədəndə fosfor artıqlığı olmaz, lakin dərman içsək belə bir problem olacaq. Ona görə də təbii şəkildə qidalanmaq lazımdır".
Bundan başqa balıqda hər 100 qramda kalsium 300 mq (gündəlik norma 1200), maqnezium 45 (gündəlik norma 280) kimi minerallar da vardır. Həftədə 2-3 dəfə balıq yemək çox faydalıdır. Balıqdakı Omeqa-3 yağ turşuları insan beyninin normal fəaliyyətində xüsusi rola malikdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1206   Tarix: 15 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

adlarin menasi hamilelikde qidalanma toy makiyajlari cennet almasinin hazirlanmasi makaron reseptləri qadın və texnologiya düz qarın kosmetika masturbasiya nedir qaynana xərçəng bürcü atalar sozu novruz bayramına aid hakışda