Hər il qripdən 2 milyon insan ölür

Hər il qripdən 2 milyon insan ölürÜmumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il 500 milyon insan qripp xəstəliyinə tutulur və hər il 2 milyon insan qripdən və onun fəsadlarından ölür.
Ölənlərin 80%-i uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar təşkil edir. Beləliklə, qripp "yüngül" xəstəlik deyil, qripi "ayaq üstə" keçirmək olmaz.
Qripin ilk simptomlarında həkimə müraciət edin və daim həkimin nəzarətində olun. Həkim sizin vəziyyətinizdə olan dəyişiklikləri vaxtında aşkar edəcək və lazım olan müalicə təyin edəcək. Nəzərinizə çatdıraq ki, qripp virus infeksiyasıdır və bu səbəbdən antibiotiklərin köməyi ilə müalicə olunmur. Lakin qripin fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər (otit, qaymorit, pnevmoniya, böyrəklər iltihabı və s.). Bu xəstəliklərin müalicəsində isə mütləq antibiotiklər istifadə olunur.
Qrip zamanı işə çıxmaq, məktəbə, istənilən ictimai yerlərə və s. getmək olmaz. Bununla siz həm ətrafdakıları təhlükə altına salırsınız, həm də bu halda qripin fəsadlarının riski artır.
Təbii ki, tibbi savadı olmayan insan qripi adi soyuqdəymədən ayırd edə bilməz. Lakin bəzi simptomlar var ki, xəstə qripdən şübhələnə bilər.
- Qrip birdən və çox kəskin başlayır. Adi soyuqdəymə əksinə tədriclə inkişaf edir.
- Xəstəliyin lap əvvəlində xəstənin hərarəti 39-40 C kimi çox kəskin qalxır. Soyuqdəymə zamanı hərarət xəstəliyin əvvəlində yüksək olmur.
- Xəstə daim özünü çox halsız, zəif hiss edir, bütün bədənində ağrılar, baş ağrıları olur. Soyuqdəymə zamanı bu simptomlar olmur və ya çox zəifdir.
- Xəstədə bu kimi simptomlar varsa: gözlərin qızarması, titrəmə, yüksək hərarət, zəiflik, bəzən hətta ürək döyünməsinin tezləşməsi, arterial təzyiqinin artması - bu qripdir. Zökəm, boqazda ağrılar - bu soyuqdəymədir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1072   Tarix: 15 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri reseptler soda maskasi körpələrdə süni qidalar tərbiyə qripdən qorunmaq kosmetika xanım az cinsi intim munasibetler bahar ziyafet geyimleri