Hər kəsin sevimli yeməyi "Üç bacı"nı belə bişirin - RESEPT

Hər kəsin sevimli yeməyi "Üç bacı"nı belə bişirin - RESEPTAzərbaycanın qədim milli yeməklərindən biri olan dolmanın dünyada 30-a yaxın növü var. Dolma qədim türk sözü olub, mənaca "dolmaq" sözündən götürülüb.

Metbuat.az bu gün gənc xanımlar üçün "Üç bacı" dolması hazırlanmağın qaydasını təqdim edir.

Badımcanların bəndəmi kəsilir, suda təmiz yuyulur, ortasından uzununa çərtilir, qaynar suda pörtlədilir, soyudulur. Pomidorların üstü qapaq kimi kəsilir, çay qaşığı ilə içərisi çıxarılır, bibərdə də qapağı kəsilir və tumluğu çıxarılır. Bir nəlbəkidə duz və sarıkök qarışdırılır.

Ət tikələri maşından keçirilir və nazik-nazik doğranmış soğan ilə qızardılır (qurutmamalı, ət şirəli qalmalıdır). Qiyməyə xırda-xırda doğranmış reyhan və pomidorların içi qatılır. Azca duz vurulub qarışdırılır. Bu qiymə içinə duzla sarıkök sürtülmüş badımcanların, pomidorların və bibərlərin içinə doldurulub geniş, dərin qazana lay-lay yığılır: əvvəl bibərlər, üstündən pomidorlar, onun da üstündən badımcanlar.

Yarım stəkan su tökülür, qapağı örtülür və su tam buxarlanana kimi bişirilir. Süfrəyə verilərkən nimçəyə hər pay üçün bir pomidor, bir badımcan və bir bibər qoyulur və üstündən sarımsaqlı qatıq tökülür. Badımcan, pomidor və bibər dolmasını ayrı-ayrılıqda da bişirmək olar.

Mətbəx     Baxılıb: 4833   Tarix: 09 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

gelinlikler geymler 2026 həkim məsləhəti dünya mətbəxi cavanlaşdırıcı maskalar qadin dunyasi 2026 tərəvəzlər kosmetika bürclər uşaq şeirləri xlor lekesi faydalı məsləhətlər lakonizm