Hər zaman gözəl görünməyin yolları

Hər zaman gözəl görünməyin yollarıDırnaq boyası yeniləməyi sevmirsinizsə, açıq rənglər seçin:

Ucu çıxmış lakları görünüş bərbadlığı yaratdığını söyləməkdən bezmədik, bezməyəcəyikdə. Dırnaq boyası, asan çıxarılabilən və davamlılığı çox az olan bir düstura sahib olduğundan daha sürərkən ömrünün ən çox 2-3 gün olduğunu bilirik. Yaxşı o halda bəzilərimiz nə üçün eyni dırnaq boyasıyla həftələrcə gəzməkdən narahat olmurlar?
Parça parça olmuş, ucları çıxmış nəzərən çarpan dırnaq boyaları dünya üzərindəki ən gözəl qadın belə olsanız sizi bir anda baxımsız birinə dönüşdürəcək. Buna görə ya dırnaq boyanızı tez-tez yeniləyin ya da yeniləməkdə tənbəllik edirsinizsə, tünd qırmızı, qırmızı, qara kimi gözə çarpan rənglər yerinə ağ, çəhrayı kimi açıq tonlar seçin.

Makiyajınızı təmizləməyə tənbəllik edirsinizsə, nəm salfetdən istifadə edin:

Bəzən çox yuxunuz gəldiyinizdə, tənbəllik edib mayajınızı silmədən yatırsınız.Belə edərək dərinizə böyük bir pislik etdiyinizi bir kənara qoyaq, bir də səhərlər bütün o bulaşmış makiyaj və baxımsız halınızla qorxu filmlərindən çıxmış kimi görünmə ehtimalınız var.

Əgər fikriniz "hər zaman gözəl görünmək" olacaqsa, səhərlər təmizlənmiş, nəmləndirilmiş və baxımlı bir cildlə oyanıb təbii gözəlliyinizi ön plana çıxarmalısınız.

Çantanızda mütləq daraq olsun:

Saçlarınızı gec-gec darayırsınız? Halbuki saçlarımız gün içində və gecə yatarkən qarışır, sonra da ortaya çox xoş olmayan salaş bir görünüş çıxır. Çantanıza atacağınız kiçik bir daraq ilə saçınızı gün içində yoxlayaraq hər zaman gözəl və baxımlı görünə bilərsiniz.

Baxımsız qaşlarla gəzməyin:

Qaşlarınız incə ya da qalın ola bilər. Daha təbii görünmək üçün qalın qaşları seçim edir ola bilərsiniz ya da özünüzə incə qaşın daha çox yaraşdığını düşünə bilərsiniz. Əgər həmişə gözəl və baxımlı görünmək istəyirsinizsə qaşlarınız incə ya da qalın olsun fərq etməz, heç bir zaman səliqəsiz qaşlarla dolaşmayın.

Şəkli pozulan qaşlarınızı düzəltmək üçün bir neçə ayda bir gözəlli salonuna gedə bilərsiniz amma bu müddət içərisində qaşlarınızı öz halına buraxmamalısınız, şəklini pozmamağa diqqət göstərərək çıxmış olanları maqqaşla alaraq pis bir görünüşün ortaya çıxmasına mane ola bilərsiniz.

Duruşunuzu düzəldin, özünüzə güvənin:

Gözəllik yalnız baxım və makiyajla olmur, bu barədə duruşunuzu belə çox böyük əhəmiyyəti var. Kürəyiniz dik, çənəniz yuxarıda, başınız çiyininizlə eyni xəttdə olsun. Hər kəsin baxışını öz üzərinə çəkən "özümə çox güvənirəm" enerjisiylə və duruşlarıyla hər zaman bir addım öndə olun.

Dodaqlarınıza fikir verin:

Çatlamış, hətta yara olub qabıq tutmuş dodaqlarınızla dünyanın ən gözəli də olsanız bir şeylər hər zaman əskik qalacaq.

Yanaqlarınıza biraz rəng verin:

İçinizdən heç makiyaj etmək gəlmirsə ya da normalda da çox makiyaj etmə tərəfdarı deyilsinizsə, heç olmasa allıqla yanaqlarınızı bir az rəngləndirə bilərsiniz.Barmaqlarınızın ucuyla yanaqlarınızı çimdikləyərək yanağınıza biraz çəhrayılıq verə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 2501   Tarix: 18 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

turlar.az

aksessuarlar makiyaj etmek qaydalari geyim şəkilləri 3 baci dolmasi xiyar tursusu ordan burdan boğaz ağrısı kosmetika uzeyir hacibeyli xanim.az məsəllər azerbaycan burclər