Herpes virusu və onunla mübarizə yolları

Herpes virusu və onunla mübarizə yollarıƏn geniş yayılan viruslardan biri də herpesdir. "Herpes" yunan dilindən tərcümədə sürünən mənasını verir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli qalır. İmmun sistemi zəiflədiyi vaxtlarda aktivləşərək özünü büruzə verir. İnsan və heyvan orqanizmi üçün 90-dan artıq patogen növə malikdir.
Milli.Az xəbər verir ki, həkim-dermatoloq Sevinc Kərimova bildirib ki, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var və onlardan üçünə daha çox rast gəlinir: "Əhali arasında uçuq adlandırılan herpesin bir növü əsasən dodaqlarda, burun qanadlarında, üzün yanaq nahiyəsində daha çox rast gəlinir. Herpesin nisbətən geniş yayılan daha bir növü uşaqlarda özünü suçiçəyi, böyüklərdə kəmərləyici dəmrov şəklində büruzə verir".
Bəzi insanlarda ildə iki-üç dəfə, bəzilərində isə həyatı boyu bir dəfə uçuq çıxır. İnkubasiya dövrü 7-10 gün davam edir. Hava-damcı yolu və təmasla keçən virus əhval-ruhiyyənin pisləşməsi, iştahasızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur. Həkim-dermatoloqun dediyinə görə, aparılan müalicələr virusların yox edilməsinə deyil, qabaqlayıcı, ya da xəstəliyin təsirini azaltmaq məqsədi daşıyır: "İmmun sistemini gücləndirmək, qida rasionunu tənzimləmək onun profilaktikasında əsas vasitə sayılır. Əsasən meyvə-tərəvəz, minerallarla zəngin qidalar qəbul etmək lazımdır. Bundan başqa virus əleyhinə preparatlardan da istifadə olunur. Antiviral preparatların heç biri dəriyə yoluxan herpesi məhv etməyə tam təminat vermir. Lakin ilkin yoluxma zamanı herpesin kəskin vaxtı düzgün müalicə aparılanda müəyyən qədər həmin virusdan azad olmaq mümkündür".
Bir dəfə herpesə yoluxması onun ömürlük orqanizmdə qalması üçün kifayətdir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən dünyada 3,7 milyard insanda herpes virusu var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3783   Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı