Həya İslamın Libasıdır

Həya İslamın LibasıdırBismillahir rəhmanir rəhim

Qurani-Kərimdə həya haqqında bir çox buyuruqlar vardır. Həzrət Musanın (ə) və Şüeybin qızlarının əhvalatlarında "istihya" kəlməsi ilə rastlaşırıq. "O iki qadından biri həya edə-edə Musanın yanına gəldi…".

Xüsusi ilə xanımlar haqqında bu mövzuda rəvayətlər çoxdur. Bəzi rəvayətlərdən belə aydın olur ki, "həya" və "iman" bir-biri üçün zərurətdir. Yəni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarar. Belə rəvayətlər də var ki, Allah bir qövmü günahına görə cəzalandırmaq istəsə o qövmün həyasını əlindən alar. Təəssüf ki, bəziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən insan özünə inamı itirir və ictimai fəaliyyətdən dala qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yanlış təsəvvür İslami göstərişlərə tam ziddir. Həya böyük bir fəzilətdir və onu utancaqlıqla eyniləşdirmək olmaz.

Psixologiyada həya psixoloji bir durum kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tərif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq qeyri-mümkündür. Həya da bu qəbildəndir.

İmam Sadiq (ə) buyurur: "Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır". Həya çox böyük dəyərləri əhatə edir. Adətən, həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir, əmanəti sahibinə qaytarmır. Yalan danışır, bütün alçaq sifətlərə qucaq açır. İnsanı bir çox əxlaq qüsurlarından amanda saxlayan həyadır.

İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi və eyibləri örtmək arzusu. İnsanın çirkin işindən başqaları xəbər tutur. Yəni gizli eyib aşkarlanır. İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur ki, həyanın faydası xəcalət gətirəcək işlərin qarşısının alınmasıdır. İnsan öz eyibinin açılmasını istəmir və daim bu eyibləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Quranda oxuyuruq ki, Adəm və Həvva qadağan olunmuş meyvədən yeyən kimi eyibləri açıldı. Maraqlıdır, eyibin açıqlamasının səbəbi yeyilən meyvənin xüsusiyyəti idi, yoxsa bu meyvəni yeyən öz eyibindən xəbər tuturdu? Hər halda, bu işdə meyvə təsirli olmuşdur.

Demək, eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən məhz həya hissidir. Övliyaların həyası bütün bəşəriyyət üçün nümunədir. Səlman Farsi və bir çox başqa övliyalar ömrünün sonunadək öz ayıb yerinə baxmamışdır.

Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkir. Nəfsinə hörmət edən insan hər cür nöqsanlardan qaçmalı və nəfsini pak saxlamalıdır. İnsan kamil olmaq istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, möminlik, insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.

Ailə və Uşaq     Baxılıb: 2981   Tarix: 13 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

turlar.az

geyim seçimi kosmetik vasiteler kosmetoloq nergiz pasayeva baliq qulagi dan el isleri göz xəstəlikləri sızanaqlara qarşı maska kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz dostluq rəksanə rus dili uzeyir