Həyat yoldaşı Şəbnəm Tovuzlunu belə təbrik etdi - FOTO
Tanınmış müğənni Şəbnəm Tovuzlunun həyat yoldaşı onu qeyri-adi bir şəkildə təbrik edib. Həyat yoldaşı müğənniyə gül dəstəsi deyil, şüyüt dəstəsi verərək təbrik edib.
Xanim.az-ın məlumatına görə, bu barədə müğənni Şəbnəm Tovuzlu özü "İnstagram" səhifəsində paylaşdığı fotoya yazdığı şərhdə deyib. Sənətçi qeyd edib: "Dilim sakit durmadı, dedim ki, mənə Əli (red: oğlunu nəzərdə tutur) olandan heç gül almırsan. Stoldakı şüyüt dəstəsini verdi ki, faydalıdır. Bu, qızılgüldən də yaxşıdır. Xanımlar doğrudan belə imiş də, deyir ki, bizim gülümüz Əlidir, otur iylə".