Həyat yoldaşını incidənin Allah yanında yaxşı əməlləri qəbul olmaz

Həyat yoldaşını incidənin Allah yanında yaxşı əməlləri qəbul olmazBir nəfər Peyğəmbərə (s) deyir: "Mənim bir həyat yoldaşım vardır ki, mən evdən çıxan zaman məni yola salar və gələn zaman qarşılayar. Məni qəmgin görən zaman deyər ki, əgər ruzinin qəmini çəkirsənsə, Allah ruzini çatdırar. Əgər qəmin axirətin üçündürsə, Allah qəmini daha da artırsın". Həzrət Peyğəmbər (s) buyurur: "Bu qadın - Allahın yer üzündəki işçisidir. Şəhidin savabının yarısını aparar".

Ailə həyatından şikayət etmək özü ilə çoxlu bəlalar və ziyanlar gətirər. O kəs ki, deyinməyi xoşlayır, məlumdur ki, psixo-emosional durumu sağlam deyildir. Başqa bir tərəfdən isə ətrafındakılara da əziyyət verər.

O zaman ki, qadın evində deyinər, kişi üçün zərərlidir. Belə ki, İmam Sadiq (ə) buyurur:"Qadınlarınızı deyinməkdən hifz edin". Əgər bir qadın ərinə desə ki, səndən mənə heç bir xeyir dəyməmişdir, bütün yaxşı əməlləri yox olar.

Həzrət Zəhra (s.ə) buyurur: "Əlican, mən xəcalət çəkirəm ki, səndən gücün çatmayan bir şeyi istəyim".

Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, ərini incidər, Allah namazını qəbul etməz. Ondan heç bir yaxşı əməli qəbul etməz". Hədislərdə oxuyuruq ki, belə qadın lənətlənmişdir.

Namazın kamala çatmasına mane olan amillərdən biri də həyat yoldaşını incitməkdir. Əgər ailədə səndən zəifləri incidirsənsə, namazda kamala çata bilməzsən. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, həyat yoldaşını incidər, Allah yanında yaxşı əməlləri qəbul olmaz. Məgər o halda ki, ona kömək edər və ya onu razı salar. Həmçinin əgər əri də zülm edərsə, bu cür əzab və cəzası vardır".

Peyğəmbərin (s) səhabələri nəql edirdilər ki, Həzrət (s) onlara üç şeyi tövsiyə edərdi:"Namaz qılın və əliniz altında olanlarla yaxşı rəftar edin və arvadlarınızın işlərinə görə Allahdan qorxun ki, onlar əlinizin əsirləridir".

Namaz, zəiflərlə ədalətli rəftar etmək və İlahi təqvaya riayət etmək - üç mühüm mövzu idi ki, Peyğəmbər (s) həmişə ona dəvət edərdi. Bu üç məsələni bir-biri ilə əlaqələndirməyə çalışsaq, görərik ki, namaz qılmaq insanı başqalarına zülm etməkdən saxlayar, iman dərəcəsini artırar və Allah qorxusu qəlbində çoxalar. O kəs ki, ailəsinə zülm edər və bu halda namaz qılarsa, namazı düzgün olsa belə, kamala çatmaz.

Qadınlar haqqında dediklərimiz kişilərə də aiddir. Hər bir qadın ailəsinin xoşbəxt olmasını istəyir və bu yol da ərini razı salmaqdan keçər.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah beş dəstə insanın namazını qəbul etməz. Öz ağasından qaçan qulun, şərabxorun, sələmçinin, ağvalideyn olanın və o qadının ki, əri ondan razı deyildir".

Ona görə də bir ailədə əfv və güzəştin hökm sürməsi üçün namazın rolu mühümdür. O kəslər ki, ibadətlərinə və namazlarına əhəmiyyət verərlər, dini hökmlərə riayət edər və Allaha ən yaxın olmağa çalışan insanlardır. Namazın ən az təsirini ailədə görmək olar.

Həzrət Peyğəmbər (s) kişilərə və qadınlara belə bir tövsiyə vermişdir: "O kişi də arvadının pis rəftarına Allaha görə səbir edərsə, Allah onun hər səbri qarşılığında Əyyub səbrinin savabının eynisi kimi ona savab verər. O qadın ki, həyat yoldaşının pis əxlaqı qarşısında səbir edərsə, Allah Asiyanın (savabı) kimi savabı ona əta edər".

Allah Təala bizləri bu mətləbləri anlayıb, yaşadanlardan qərar versin.

Ailə və Uşaq     Baxılıb: 3465   Tarix: 14 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

qadin sayti qaşların formalari geyim seçimi evdarlıq kitabı zirincin faydasi kosmetologiya salatlar kosmetika novruz cantalar veten haqqinda atalar sozu əqrəb kahfe kali