Həyat yoldaşınızı evə bağlamağın 15 yolu

Həyat yoldaşınızı evə bağlamağın 15 yoluMütəxəssilər bu tip sualları cavablandırıb.

1. Qadının kişiyə qarşı ən təsirli halı şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. Kişini qadına bağlayan ən güclü sirr, qadının şəfqətli halıdır. Bu gücdən yaxşı istifadə edin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin."Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm"kimi sözləri yeri gəldikcə dilə gətirin.

3. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksik etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

4. Kitab oxumağı vərdiş halına gətirin. Bir neçə hekayə oxuyun, yaddaşınızda saxlayın, evə gələrkən çay içərkən danışmağa başlayın. Hətta hekayənin əvvəlindən bir az danışın gerisini kitabdan oxumağa başlayın.Amma bunu edərkən həyat yoldaşınıza dərs vermək vəziyyətinə gətirməyin. Hələ dini mövzularda bir müəllim kimi danışmaqdan istifadə etməyin. Əks halda həmin dəqiqə həyat yoldaşınızdan "başıma müəllim kəsildin"sözünü eşidə bilərsiniz.
5. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.

6. Ara sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin

7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin.

8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin.

9. Bəzi axşamlar gəzməyə, alış-verişə, çöldə gəzməyə, yeməyə çıxın.

10. Özünüzdən, öz problemlərinizdən bəhs etməyin. Bir müddət həyat yoldaşınızın xoşbəxtliyinə vaxt ayırın. O xoşbəxt olarsa, sizin hüzurunuz da yaxşı olacaq.

11. Şikayətlərdən uzaq durun. Əksik olan şeyləri, dəyişdirilməsi lazım olan əşyaları hələlik gündəmə gətirməyin. Kişilər xüsusilə də əlavə xərcin çıxmasından narahat olurlar.

12. Uşaqlarınız varsa, onların təhsili, problemləri, həyata hazırlanmaları kimi ata üzərinə düşən vəzifələri xatırladın.

13. O gün axşama qədər necə vaxtını keçirdiyini, kimlərin gəlib getdiyini soruşub, öyrənin. Ölkədə və dünyada diqqətinizi çəkən bəzi hadisələri gündəmə gətirin.

14. Ətrafınızdakı bəzi dostlarınızdan xəbər alın.Bu arada imkanınız daxilində profosional yardım alın.Son zamanlarda nəşr olunan ailə içi təhsillə bağlı kitablar əldə edin.

15. Qarşımızda Ramazan ayı var. Başda oruc tutmaq olmaqla, birlikdə ibadət etmək, mənəvi ehtiyacları qarşılama kimi əsas ehtiyaclarınızı qarşılamağa çalışın. Yetər ki, bu məsələdə başınızı biraz yorun.

Ailə və Uşaq     Baxılıb: 3536   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə