Həzmi yaxşılaşdırıb, qaraciyəri qoruyan tərəvəz açıqlandı

Həzmi yaxşılaşdırıb, qaraciyəri qoruyan tərəvəz açıqlandıBadımcanın mineral və vitamin tərkibi kifayət qədər genişdir. Sağlamlıq üçün faydalı olan bu tərəvəz bir çox xəstəlik riskini azaldır. 
Milli.Az xəbər verir ki, tərkibində C vitamini, B6 vitamini, K vitamini, maqnezium, fosfor, manqan, mis, fol turşusu, kalium və lif mənbələri var.
Badımcan ürək sağlamlığını dəstəkləyir. Müntəzəm istehlakı çəkiyə nəzarətə kömək edir və qanda xolesterin (LDL) səviyyələrini tarazlaşdırmaqda təsirlidir.
Badımcan xərçəngin bir çox növlərinə qarşı profilaktik təsir göstərir və orqanizmdə antioksidant kimi çıxış edir. Xüsusilə mədə xərçənginin inkişaf riskini minimuma endirir.
Badımcanın beyinə qan axını asanlaşdırır, eyni zamanda neyroiltihabın qarşısını alır. Bu, bir çox psixi pozuntuların qarşısının alınmasında mühüm amildir.
Badımcan həzm sistemini yaxşılaşdırır. Tərkibindəki lif sayəsində qəbizliyin qarşısını alır. Toxluq hissini artıraraq iştahı azaldır. Kalorisi çox az olduğu üçün pəhriz saxlayanların rahatlıqla istehlak edə biləcəyi qidadır.
Badımcan qaraciyəri müəyyən toksinlərdən qorumağa kömək edir və qaraciyəri sağlam saxlayır.
Eyni zamanda, badımcanın tərkibində osteoporoza təsir edən dəmir və kalsium var. Tərkibindəki K vitamini sayəsində sümük inkişafını təmin edir və yaşlandıqca meydana gələ biləcək osteoporozun qarşısını alır.
Bu tərəvəz stresi azaldır və sinirləri sakitləşdirir. Keyfiyyətli və uzun yuxu təmin edir.
Badımcan anemiyaya xeyirlidir. Pankreas xəstələri üçün çox faydalıdır. Həmçinin sidikqovucu xüsusiyyəti ilə bədəndən toksinlərin çıxarılmasına kömək edir.
Qaraciyər və böyrək sağlamlığı üçün çox faydalıdır. Saç və dırnaq sağlamlığı üçün mühüm qidadır, eləcə də dərini nəmləndirir.
Yüksək antioksidant təsiri ilə immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı qoruyur. Əzələ inkişafına da kömək edir. 
Bundan başqa selülit probleminə qarşı faydalıdır. Yüksək qan təzyiqi olan xəstələrdə qan təzyiqini aşağı salan təsir göstərir. Beyindəki sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır.
Bu tərəvəz diabet xəstələrinin asanlıqla istehlak edə biləcəyi və diabet riskini minimuma endirən qidadır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1602   Tarix: 03 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

qis geyimləri 2026 hamiləlik kosmetik vasiteler mastopatiya haqqinda geyim seçimi etiraflar qadın sağlamlığı kosmetika ariqlamaq novruz dovsan arıqla novruza aid hakışda