Hipertoniyanın təhlükəsi

Hipertoniyanın təhlükəsiStatistika göstərir ki, hipertoniya xəstəliyinə Yer kürəsində yaşayan hər üçüncü insanda rast gəlinir.
İnsanlar arasında hipertoniya haqqında bir çox həqiqətə uyğun olmayan "biliklər" yayılmaqdadır. Bu "biliklər"in yayılması çox təhlükəlidir və insanlara böyük ziyan vura bilər.
- "Hipertoniya yalnız yaşlı insanlarda inkişaf edə bilər". Bu səhv fikirdir. İldən ilə bu xəstəlik "cavanlaşır" və hal hazırda 30 yaşında olan hipertoniya xəstələrinə rast gəlmək olur. Bu səbəbdən həkimlər insanlara 30 yaşından başlayaraq arterial təzyiqini müntəzəm ölçmək tövsiyə edirlər. Əgər bu halda arterial təzyiq daim 130/85-dən yuxarı qalxırsa, mütləq kardioloqun müayinəsindən keçin.
- "Yüksək təzyiq hər zaman özünü baş ağrısı ilə büruzə verir". Bu da çox təhlükəli səhv fikirdir. Təzyiqin yüksəlməsi özünü uzun illər ərzində büruzə verməyə bilər. Lakin bu zaman orqanizmdə ağır geriyədönməz dəyişikliklər baş verir ki, bunun nəticəsində insanda infarkt, insult kimi ağır pozulmalar inkişaf edə bilər. Bu səbəbdən insan öz Sağlamlığına qarşı diqqətli olmalı və yorğunluq, başgicəllənməsi, yaddaşın və görmənin zəiflənməsi, təngnəfəslik, ayaqların və qolların keyiməsi kimi simptomlar əmələ gəldikdə, mütləq kardioloqa müraciət etməlidir.
- "Hipertoniyanı xalq təbabəti üsulları ilə müalicə etmək mümkündür". Bu da səhv fikirdir. Hipertoniyanı yalnız müasir dərman preparatların köməyi ilə müalicə etmək mümkündür.
- Hipertoniya xəstələrin əksəriyyəti yalnız dərmanların qəbulu ilə kifayətlənir. Lakin bu kifayət deyil. Yalnız dərmanların köməyi ilə təzyiqi normada saxlamaq mümkün deyil. Sağlam qidalanma, ziyanlı vərdişlərin olmaması, fiziki aktivlik hipertoniyanın müalicəsində çox önəmli rol oynayır.
- Bir çox hipertoniya xəstələri onlara təyin olunmuş dərmanları daim yox, yalnız  təzyiq qalxdıqda qəbul edirlər. Bu çox təhlükəlidir. Xəstəyə təyin olunmuş təzyiqi normallaşdıran preparatları hipertoniya xəstəsi daim qəbul etməlidir (yalnız təzyiq qalxdıqda yox!).
- Hipertoniyanın müalicəsində istifadə olunan preparatları xəstəyə yalnız həkim təyin edə bilər. Lakin bir çox hallarda xəstələr həkimlə deyil, biri biri ilə məsləhətləşir - "sən hansı dərman içirsən? Sənə kömək edirsə, deməli mənə də kömək edəcək". Bu çox təhlükəlidir. Hər hansı dərman bir hipertoniya xəstəsinə kömək edə bilər, digərinə isə yox. Nəticədə xəstəlik nəzarətdən çıxa bilər və xəstədə hipertonik kriz, infark, insult inkişaf edə bilər.
- Hipertoniya xəstələrin əksəriyyəti fikirləşir ki, idman onlar üçün ziyandır. Bu da növbəti səhvdir. Əksinə bəzi idman növləri ilə məşğul olunması (üzgüçülük, yoqa, pilates) təzyiqin normallaşmasına, ürək əzələsinin möhkəmləndirilməsinə kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1165   Tarix: 05 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

qadin sayti makiyaj instagram sac duzumleri xinayaxdi ucun bayatilar 2026 qadın ayaqqabı modelləri mantılar gözəl geyimlər kosmetika oyunlar paxlava qizlar zehmet ve zinet novruz bayramina aid hakista