Hüceyrələri qocaldan, ömrü qısaldan məhsul elan edildi

Hüceyrələri qocaldan, ömrü qısaldan məhsul elan edildiSan-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, şirin qazlı içkilər hüceyrə səviyyəsində erkən yaşlanmaya səbəb olur.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ İctimai Səhiyyə Assosiasiyasının jurnalında məlumat verilib. Tədqiqatda 20-65 yaş arası 5309 insan iştirak edib. Alimlər 1999-2002-ci illər Milli Sağlamlıq və Qidalanma Sorğusunun məlumatlarını təhlil edərək tez-tez qazlı su içən insanların telomerlərinin daha qısa olduğunu aşkar ediblər. Üstəlik, təzə sıxılmış şirələrə üstünlük verən insanların telomerlərinin uzun olduğu məlum olub.
Araşdırmanın müəlliflərindən biri, psixiatr, professor Elissa Epel izah edib ki, şəkərli qazlı içkilər nəinki xəstəlik riskini artırır, həm də ömrü qısaldır. O qeyd edib ki, alimlər ilk dəfədir ki, belə bir əlaqəni müəyyən ediblər. Eyni zamanda ekspertin fikrincə, bu qayda yaşından, irqindən, gəlirindən və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsə aid edilir. Epel telomer uzunluğunun dəyişməsinin xəstəliyin başlamasından çox əvvəl başladığını vurğulayıb. Tədqiqat yalnız böyükləri əhatə etsə də, nəticələr uşaqlara da şamil edilə bilər.
Telomer DNT liflərinin ucunda xromosomlarımızı qoruyan başlıqlardır. Yaşa dolduqca bu başlıqlar yeyilir və xromosomlar müdafiəsiz qalır. İnsanın yaşam tərzi və bədənin məruz qaldığı xəstəliklərə əsasən xromosomların ucunda yerləşən telomerlər zamanla qısalır. Bu telomerlər bəzilərində çox sürətlə qısalır, bəzilərində isə ləng. Telomerlər yarıya düşəndə hüceyrələrimiz avtomatik olaraq ölür və ölüm gerçəkləşir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 08 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq