İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti
Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 500-ə qədər həyati funksiyasını poza bilər.
Milli.Az aztibb.az-a istinadən xəbər verir ki, Britaniyanın "British Liver Trust" təşkilatının həkimləri ilkin mərhələdə bir insanın alkoqol səbəbindən qaraciyər problemlərinin olduğunu göstərən beş əsas əlaməti sadalayıblar.
Qaraciyər müxtəlif toksinləri zərərsizləşdirmək və orqanizmdən çıxarmaqda məsuldur. Buna görə də spirtin hər yeni filtrasiyası ilə orqan hüceyrələrinin bir hissəsi ölür.
Həkimlər alkoqollu içkilər arasında fasilələr etməyi məsləhət görürlər, çünki qaraciyərin bərpası üçün vaxt lazımdır.
Alkoqolla əlaqəli qaraciyər problemlərinin əsas əlamətləri qarın ağrısı, ishal, ürəkbulanma, yorğunluq və ümumi özünü pis hiss etmə əlamətlərdir.
Bir neçə il ərzində davamlı, çox miqdarda spirtli içki qəbul etsəniz bu, qaraciyərin bərpası qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Gələcəkdə isə orqanın ciddi və geri dönməz zədələnməsinə gətirə bilər.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Şəbnəm İrandakı fanatından nigarandır - FOTO
Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR
"O səsi tanıdım…" – Aybeniz Haşımovadan qızına kövrək ad günü təbriki
Hər gün daha çox darıxıram' - Oqtay Əliyevi andı
Çak Norris vəfat etdi