İdeal həyat yoldaşı tapmağın qeyr-adi yolları

İdeal həyat yoldaşı tapmağın qeyr-adi yollarıHal-hazırda bəzi insanlar "Doğru yoldaş" axtarışını TV proqramlarına qatılaraq ya da ictimai medianın sərhədsiz imkanlarından faydalanaraq reallaşdırır. Halbuki bu müasir metodlar 1920-ci illərdə tətbiq olunan "qeyri-adi" üsullardan geri qalmış kimi görünür.

Hal-hazırda insanlar "ruh yoldaşlar"ını tapmaq üçün min bir növ üsula müraciət edir. 1920-ci illərdə "Doğru yoldaş"ı tapmaq istəyənlər isə 4 "qeyri-adi" metoddan birini tətbiq edərək evliliklərinin yeriyib yeriməyəcəyini görürdü.

1924-cü ildə nəşr olunan "Elm və Görüş" jurnalında nəşr olunan bir məqalədə şəkilli olaraq izah edilən metodlardan biri "Qoxu yoluyla ideal yoldaş axtarışı" idi.

Jurnalda yer alan məqaləyə görə bu üsulla evliliklərinin yeriyib yeriməyəcəyini anlamaq istəyən kəslərin etməsi lazım olan şey çox sadədir.

Kişi bir kapsulanın içinə girir və qadın da bir dəlikdən çıxarılan xortuma burnunu söykəyir. Həyatını birlikdə keçirməyi planladığı kişinin qoxusunu "naxoş" hesab etmirsə o zaman onunla rahatlıqla evlənə bilər.

Məqaləyə görə cütlüklərin keçməsi lazım olan ikinci test isə "Soyuqqanlılıq təcrübəsi"dir. Bu imtahanda cütlüyün yanında dayanan bir adam havaya atəş açır və cütlüklərin bu səs qarşısındakı reaksiyaları qeydə alınır. Əgər hər iki tərəf də səsdən qorxursa bu evliliyin yeriməyəcəyinə qərar verilir.

Cütlüklərin keçməsi lazım olan üçüncü imtahan isə "Ağrı testi"dir. Bu testdə kişi ya da qadın fiziki olaraq ağrı çəkəcəyi bir fəaliyyətdə olarkən digəri izləyir. Məsələn kişi qan verərkən qadın izləyir və o sırada qan təzyiqi və ürək atışları ölçülür.

Əgər gördüyü ağrılı vəziyyət qarşısında bədəni reaksiya verirsə o zaman cütlüyün yaxşı bir evliliyi ola bilməyəcəyinə qərara gəlinir.

Jurnalda verilən son test metodu isə "fiziki ehtiras"dır. Elmi olaraq bir evlilikdə ən çox lazım olan xüsusiyyət olaraq görülən "ehtiras" cütlərin bir-birilərinə sarıldığı an bədənlərinin verdiyi reaksiya ilə ölçülür.

Cütlüyün bədən reaksiyaları bağlandıqları ölçü aparatının məlumatlarına görə ölçülür. Qadın və kişinin nəfəs alışı və ürək atışları sürətlənirsə o zaman bu cütün ideal bir evlilik reallaşdıracağına inanılır.


Ailə və Uşaq     Baxılıb: 2946   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə