İdmançılar niyə məşq zamanı ölür? - Kardioloqdan açıqlama
Son dövrlər idmançılar arasında ürəktutmasından vəfat edənlər çoxalıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib ki, ürəktutmadan vəfat edən idmançıların bir hissəsi məşqlər zamanı dünyada istifadəsi qadağan olunmuş vasitələrdən istifadə edir.
Onun sözlərinə görə, bəzi idmançılar dopinq, steroid və. s kimi hormon dərmanlarından istifadə edirlər:
"Bu da həmin isanlarda infarkt, tromblaşma, qaraciyər çatışmazlığı, beyin qanamasına səbəb olur. İdmançılara zülallardan və amin turşularından istifadə etmək tövsiyə olunur. Bunların xaricində əzələ kütləsini artıran "anabolic steroid" adlı maddələrdən istifadə etmək olmaz. Bunlar təkcə bədənimizdəki əzələləri artırmır, eyni zamanda ürək əzələlərini də qalınlaşdırır ki, bu da ürəkdə aritmiyalara və ürək xəstəliklərinə səbəb olur. Buna görə də idmançılara tövsiyəmiz odur ki, qadağan olunmuş qidalardan istifadə etməsinlər",- deyə Ü. Rəhimov bildirib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi