İkinci koronavirus dalğası gələ bilər - ÜST-dən karantini bitirmək istəyən ölkələrə XƏBƏRDARLIQ
ÜST sosial təcridin vaxtından əvvəl aradan qaldırılmasının yeni bir koronavirus dalğasına səbəb olacağını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus ölkələri koronavirus pandemiyası ilə əlaqədar görülən məhdudlaşdırıcı tədbirləri aradan qaldırmağa tələsməməyə çağırıb: "Karantinin vaxtından əvvəl bitməsi yeni bir infeksiya dalğasına səbəb ola bilər. Artıq bir sıra ölkələrdə xəstə sayının azalması qeydə alınır və tədricən normala qayıdırlar".
CNN-in məlumatına görə, Avstriya Pasxadan sonra bəzi mağazaları açmağı planlaşdırır, Danimarka və Norveç də sonrakı həftədən etibarən uşaq bağçalarının fəaliyyətini bərpa etməyi düşünür.
ÜST rəhbəri hesab edir ki, bu tədbirlər ölkələrə iqtisadi zərər verə bilsə də, təcrid rejimini qaldırmağa tələsmək lazım deyil.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar