"İlahiyyat" məscidi ilə bağlı şok qərar - Bu gün son cümə namazı qılınacaq

"İlahiyyat" məscidi ilə bağlı şok qərar - Bu gün son cümə namazı qılınacaqBu gün "İlahiyyat" məscidində son cümə namazıdır.

Xanim.az yeniçağ.az-a istinadla xəbər verir ki, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.

Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.

Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bu günki cümə namazından sonra daha da artacağı gözlənilir.

1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.

Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.

Qeyd edək ki, Türkiyənin tikdirdiyi "Şəhidlər" məscidi 2009-cu ildə "təmir"ə bağlandığı zaman bu qardaş ölkədə ciddi təpki doğurmuşdu. Uzun illər sonra "Şəhidlər" "təmir"dən qurtarsa da, hələ də nə azan verilir, nə də cümə namazı qılınır. Hazırda, əksər türk və ərəblərin cümə namazı qıldığı iki əsas məsciddən olan "İlahiyyat"ın cümə namazına bağlanılması təkcə Türkiyədə deyil, İslamiadaya hazırlaşan ərəb ölkələrində də Azərbaycanın nüfuzu baxımından müsbət heç bir şey vəd etmir. Qısacası, Tələbə Şəhərciyini bina biznesi kimi görən Abel Məhərrəmov və İbrahim Mehdiyevin ortaq biznesi onlara milyonlar qazandırsa da, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətə ciddi zərər vura bilər. Qafqazın ən böyük məscidlərindən birini tikdirən, davamlı olaraq, dindarların və ibadətgahların hamisi olan İlham Əliyevin bu addımları müsəlman dünyasında təqdirlə qarşılaşır. Bu kimi məmur addımları isə Azərbaycanın Qarabağ mövzusunda tərəddütsüz dəstəkləyən İslam dünyası ilə münasibətlərinə zərər vura bilər.

Xəbərlər     Baxılıb: 2350   Tarix: 31 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyajlari geyim dəbləri yay kolleksiyasi eroziya xesteliyi toyuqlar haqqinda qarağatın faydaları intim seks kosmetika baldiza aid terezi toy gecesi uşaq nece olur turpun nağlı