İlan və zəhərli həşərat sancması zamanı nə etməli? - Toksikoloqdan AÇIQQLAMA

İlan və zəhərli həşərat sancması zamanı nə etməli? - Toksikoloqdan AÇIQQLAMADünyada olduğu kimi, Azərbaycanda da yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar olaraq ilan və əqrəblərin fəallaşması baş verir və bunun nəticəsində sancmalarla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciəti artır.
Yayda insanlar daha çox təbiətdə olduğundan sürünənlər və həşəratlarla rastlanma halları da çoxalır. Hər il ilan sancmasından bir neçə nəfər həyatını belə itirir.
Milli.Az xəbər verir ki, Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev ilan sancması zamanı hansı yardımın göstərilməsi barədə açıqlama verib.
"Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabra qədər rast gəlinir.
- İlk olaraq sancma yerinə baxmaq lazımdır. Əgər ilan sancmasıdırsa, nöqtəvari iki yer olur. Dərhal həkimə müraciət olunmalıdır, çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə həmin sancmalar dərhal hiss edilmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi və titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdır. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.
Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o halda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən belə müdaxilə infeksiyanın daha çox yayılmağına səbəb olur.
Bəs, nə etməliyik? İlk növbədə, qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində xəstəni tibb məntəqəsinə çatdırıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha təkrar etmək istəyirəm: zərdab yalnız həkim nəzarətində və təyinatı ilə vurulmalıdır. Çünki həmin zərdab at qanından alınan immunoloji preparatdır və bir çox halda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik.
Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayılır. Ona görə də qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, iki yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar. Zəhərli hörümçək sancması zamanı ilk 2 dəqiqə ərzində kibrit vasitəsilə həmin nahiyəni yandırmaqla termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını almaq mümkündür.
Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət fəsadlarla üzləşmək olur. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən həmin hal uzun illər davam edir. Həmin nahiyənin sıxması isə sağalmanı çox gecikdirir.
Elə ola bilər ki, ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma və hətta amputasiyaya səbəb ola bilər. Ona görə də belə hallarda həkimə vaxtında müraciət edilməlidir". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1533   Tarix: 14 iyun 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler sac duzumleri statuslar yoğun bağırsaq xəstəlikləri immun sistemi dərmanlar kosmetika ariqla masturbasiya pomidor oğlan evine aid hakisda seksi