İlk dəfə açıqlanır: Azərbaycanda 171 nəfər buna cəhd etdi

İlk dəfə açıqlanır: Azərbaycanda 171 nəfər buna cəhd etdiAzərbaycanda ilk dəfə olaraq, pilot layihə çərçivəsində yaradılan tütündən imtina üzrə kabinetə siqareti tərgitmək üçün müraciət edənlərin sayı açıqlanıb.

Qadınsaytı.az Milli.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün yaradılan tütündən imtina üzrə tibbi məsləhət kabinetinin həkim-konsultantı Şəhla Mirzəzadə Trend-ə bildirib ki, 2016-cı ilin noyabrın 1-dən fəaliyyətə başlayan tütündən imtina üzrə kabinetə bu ilin əvvəlinədək ümumilikdə 171 nəfər müraciət edib:

"Onların 42-si yardım üçün kabinetə gəlib, 129 nəfər isə telefonla müraciət edib. Kabinetə gələnlərin 4-ü (onların hamısı anonimliyinin qorunmasını istəyiblər), telefonla müraciət edənlərin 38-i qadın olub. Telefonla müraciət edən qadınların 5-i özünə görə, qalanları isə ataları, oğulları, qardaşları və həyat yoldaşlarının siqareti tərgitməsi üçün müraciət ediblər. Ümumilikdə müraciət edənlərin əksəriyyəti yaşı 55-dən çox olanlardır. Kabinenetə gələnlər əsasən 18-44, telefonla müraciət edənlər isə 25-44 yaşlı insanlar olub. Kabinetə gələnlər arasında 15-17 yaşlı bir oğlan olub ki, onu da kabinetə valideyni gətirib. Telefonla zəng edənlər arasında 15-17 yaşlı bir oğlan isə atasına görə kabinetə zəng etdiyini bildirib".

Ş.Mirzəzadə qeyd edib ki, telefonla zəng edənlərin çoxu - 27 nəfər 10 ilədək, 25 nəfəri 10-20 ilədək, 11 nəfəri 20-30 ilədək, 7 nəfəri 30-40 ilədək, 8 nəfəri 40 ildən çox siqaret çəkənlər olub. Kabinetə gələnlərin 10-u 10 ilədək, 6 nəfəri 10-20 ilədək, 11 nəfəri 30-40 ilədək, 1 nəfəri 40 ildən çox siqaret çəkənlər olub.

Telefonla müraciət edənlərin 33 nəfəri gün ərzində 20 ədədək, 31 nəfəri 20-40 ədədək, 5 nəfəri 40 ədəddən çox, kabinetə müraciət edənlərin 12 nəfəri gün ərzində 20 ədədək, 22 nəfəri 20-40 ədədək, 8 nəfəri 40 ədəddən çox siqaret çəkir. Kabinetə gələnlərin 17-də, telefonla müraciət edənlərin isə 13-də yanaşı xəstəliklər olub.

Telefonla müraciət edənlərin 114-ü Bakıdan, qalanları isə Gəncə, Mingəçevir, Goyçay, Tovuzdan zəng vurub. Rayonlar arasında ən çox müraciət Gəncədən daxil olub.

Qeyd edək ki, 2016-cı ilin noyabrın 1-dən fəaliyət göstərən tütündən imtina üzrə tibbi məsləhət kabineti və kabinetin "Qaynar xətt"i (012 530 32 43) "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın müvafiq tələblərinə uyğun olaraq yaradılıb. Layihə çərçivəsində tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslərə professional tibbi yardım göstərilib və psixoloji məsləhətlər verilib.

Xatırladaq ki, Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Azərbaycanda 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütün çəkmə göstərilir.

Xəbərlər     Baxılıb: 1659   Tarix: 06 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

reseptler geyim seçimi geyim və ayaqqabılar mətbəx şorba reseptləri əkizlər bürcü vətən haqqında inşa kosmetika orqazm burclerin uyumu qızlıq pərdəsi sekis oyunlar