İlk qadın şairimiz

İlk qadın şairimiz XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi və yeni şəhər poeziyasının təmsilçisidir. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.
İlk qadın şairimiz Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).
Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak etmişdi.
Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürülüb.
İlk qadın şairimiz Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyini öyrənmək üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqabət və məhəbbətini qazanacağından xəbər verir. Lakin, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə də bağlı olacağı deyilir. Atası qızını məktəbə verir. On səkkiz yaşınadək Məhsəti yaxşı təhsil görür.
Sonra Məhsəti 12 muğamı və bunların 24 şöbəsini öyrənir. O, həmçinin, musiqiçilərdən cəng, ud və bərbad alətlərində çalmağı öyrənir. Camaat heyrətlə ondan soruşur: "Bu necə olur? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan?" Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat adlanan məhəlləsində yaşayır.
Gəncə xətibinin yeganə oğlu olan Əmir Əhmədlə Məhsəti bir-birlərinə aşiq olurlar. Gəncə şahının şairənin birdəfəlik saraya köçməsi tələbinə görə Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır, şer yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir. Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övlad olur.
Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra iki il yaşaya bilir.
Dastanda Məhsətinin Nizami Gəncəvinin yanında basdırıldığı göstərilir. Doğrudan da 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Onların tanışlığını sübut edən Nizaminin bir şerini göstərmək olar. Bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edilir:
Sənin sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm
Sürməli kipriklərini yana dartma
Bir ox at, közləyirəm
Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,
Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.
Görürəm, əbəs yerə uğura ümid bağlamışam,
Mən son nəfəsimlə səni çağırıram.
Nizami öz canını sənə bağışlayır –
Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm...
İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib etmişdir.
Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır.

Xəbərlər     Baxılıb: 2348   Tarix: 26 mart 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik adlarin menasi reseptler avto qadın xiyar tursusu nece hazirlanir sevgi praktik kosmetika layla efsane sağlamlığa aid atalar sözləri həmidə salam