İlk tanışlıqda nələri maraqlanmaq olmaz

İlk tanışlıqda nələri maraqlanmaq olmazİlk görüşdə nələr danışıla bilər, nələri danışmaq olmaz, hansı məsələlər ilk görüş üçün uyğun deyil? Bu sualların cavabını sizin üçün hazırladıq. Onların bəziləri bunlardır:

İlk görüşdə səssiz dəqiqələr yaşana bilər, qarşınızdakı çox danışan deyilsə, söhbəti açmaq üçün müxtəlif mözvular haqqında danışmağa başlayırsınız? Bu zaman başqa bir məsələ ortaya çıxır. Hansı məsələləri ilk görüşdə danışmaq yersiz ola bilər?

İlk görüşə gedənlərin ən çətin olan mövzusu: ilk görüşdə nədən danışmaq lazımdır? Hansı mövzular münasibətləri yaxınlaşdırır və yumşaldır?

Sakit olun, beləcə özünüzü yaxşı ifadə edəcəksiniz və hər şey daha yaxşı olacaq.

İlk görüşə mümkün olduğu qədər sadə şəkildə getməkdə fayda var. Həm fiziki, həm də ruhən. Bəzənib-düzənmək lazımdır ancaq içində özünüzü rahat hiss etmədiyiniz və sizi narahat edən makiyajdan uzaq olasanız, yaxşı olar. Digər tərəfdən rola girmək və başqa cür davranmaq çətin olacaq, həm də bunun sonrası var.

Özünəgüvənmək lazımdır amma həddindən artıq "Mən belə yaxşıyam, mən belə superəm..." kimi cümlələr həm qarşınızdakını sizdən diksindirəcək, qorxudacaq, həm də sizi gülməli vəziyyətə sala bilər. Onun sizi belə cümlələrlə deyil, yaxından müşahidə edərək tanımasına icazə verin.

Söhbəti başlamaq çətindir. Başlanğıc olaraq gündəlik həyatınızdan, boş zamanlarda nələr etdiyinizdən, harada yaşadığınızdan, iş həyatınızdan və dostlarınızdan bəhs edə bilərsiniz.

Ortaq maraqlarınızı kəşf edib onun üzərində danışa bilərsiniz. Məsələn, sevdiyiniz musiqi və ya film haqqında geniş müzakirə açıb, maraqlı fikirlərinizi bölüşərək ona təsir edə bilərsiniz. Əgər ilk görüşdə susub qalıb nə danışacağınızı bilmir və düşünürsünüzsə, əvvəlcədən evdə məşq edin və söhbət üçün mövzu tapın.

Para, pul, qazanc mövzuları da ilk görüş üçün uyğun gəlməyən mövzular sırasına daxildir. Ümumiyyətlə, ilk görüşdə pul haqqında danışmaq soyuq atmosfer yaradır.

Məhəbbət və sevgili olmaq kimi mövzular, ilk görüşdə müzakirə olunmasa yaxşıdır. Hələ ilk görüşdən neçə uşaq istədiyinizi və ya gələcəklə bağlı planlardan bəhs etməyin. Qarşı tərəf qorxa, hətta qaça bilər. Qormasa da, sözləriniz səmimi gəlməyə bilər. Həmçinin ilk görüşdə əvvəlki sevgili ilə bağlı söhbətlər xoş olmaya bilər. Keçmişin keçmişdə qalmasına icazə verin.

İdmanla bağlı mövzu da ilk görüş üçün keçərli deyil. Qarşı tərəf idmanla o qədər də maraqlanmaya bilər.

Vücud dili vacibdir. Amma aşırı əl-qol hərəkəti, gözləri qaçırmaq, davamlı barmaqlarınızla oynamaq sizi qarşı tərəfdə güvənsiz olduğunuz düşüncəsi aşılayır. Buna görə də, göz təmasına diqqət edin, həm danışarkən, həm də onu dinləyərkən gözlərinin içinə baxın.

Görüşə gedəcəyinizi, üstəlik hər şeyi bilmək istəyən dostlarınız varsa, telefonunuzun səsini alın.

Danışmaq qədər dinləmək də əhəmiyyətlidir. Onu dinləməyi unutmayın.

Ailə və Uşaq     Baxılıb: 11602   Tarix: 27 dekabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

donlar 2026 kosmetik vasiteler həkim məsləhəti xiyarın faydaları cinsəl sağlamlıq sevgi biliye aid atalar sözləri kosmetika lakonizim baldiza aid həsən bəy zərdabi qaynanaya aid vətən haqqında bayatılar