İmmun sistemini gücləndirən təbii vasitələr
İmmun sistemini gücləndirmək üçün dərmanlardan öncə təbii vasitələrə üz tutmaq lazımdır.
Milli.Az xəbər verir ki, belə vasitələr arasında birinci yeri pomidor tutur.
Tərkibində antioksidant rolunu oynayan karotin olduğu üçün pomidor immun sistemini gücləndirir.
B6 vitamini ilə zəngin olan bananın da faydası az deyil. O, dəri və sidik kisəsi xərçənginin yaranmasının və eyni zamanda böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
İri atpıtrağı qiymətli xüsusiyyətlərinə görə kollagen sintezini, hüceyrə canlılığını artırır və inkişafını stimullaşdırır.
Bu siyahıda propolisə də yer var. Propolis əzələ inkişafını təşviq edir, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Bundan əlavə, propolis immun sisteminin tarazlığını qorumaq üçün lazım olan makrofaqların virusları və bakteriyaları məhv etmək qabiliyyətini yaxşılaşdırdığı üçün güclü, təbii immunostimulyantdır.
İmmunitet sistemini gücləndirmək üçün pəhrizə göbələk və papaya əlavə etmək məsləhət görülür. Papaya cavanlaşdırıcı təsirə malikdir və qurudulduqda da faydalıdır. (publika.az)
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Zaur Rzayev harada dəfn olunacaq?