İmmuniteti öldürən QİDALAR
İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, rusiyalı həkim-diyetoloq İrina Lizun immun sisteminə ziyan vuran qidalar haqqında məlumat verib.
Həkimin sözlərinə görə, immun sisteminin 2 ən böyük düşməni şəkər və transyağlardır.
"Şəkərin çoxlu miqdarda istehlakı bağırsaqların mikrofloranı pozur, mikroflora isə orqanizmin immun reaksiyalarını fəallaşdırır. Transyağlar bitki yağlardan "kərə yağı"na oxşayan yağların hazırlanması nəticəsində əmələ gəlir. Transyağlar yarımfabrikatlarda çoxdur və onlar da immun funksiyasına çox mənfi təsir edir" - həkim bildirib.
Həmçinin İrina Lizunun sözlərinə, tərkibində çoxlu miqdarda aromatizatorlar, boyaq maddələri, dadvericilər olan qidalar da immunitetin vəziyyətinə pis təsir edir.
Həkim-diyetoloq xəbərdarlıq edib ki, qidalanmada daim eyni məhsulların olması orqanizmdə vitamin, mineral və antioksidantların defisitini yaradır ki, bu da immuniteti zəiflədir.
"Qidalanmada yağ və karbohidratlarla zəngin olan eyni qidaların olması immun sistemi üçün çox ziyanlıdır", - həkim qeyd edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi