İmmuniteti zəiflədən amillər

İmmuniteti zəiflədən amillərDünya koronovirusun cənginə keçib. İndi insanlar sağlamlıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Buna görə də immun sistemin normal səviyyədə olması sağlamlıq üçün ən vacib şərtlərdəndir. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?
Milli.Az modern.az-a istinadla immun sistemini zəiflədən amilləri diqqətinizə çatdırır:
1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.
2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
3. Şəkərdən çox miqdarda istifadə etmək immun hüceyrələrini zəiflədir. Buna görə də şəkər və şəkər tozundan istifadə edərkən qədərinə diqqət yetirmək vacibdir. Immun sisteminizin öz funksiyalarının öhdəsindən lazımınca gəlməsini istəyirsinizsə C, E, beta-karotin və sink ilə zəngin olan qida məhsullarına üstünlük vermək məsləhətdir.
4. Stress, gərginlik, əsəbilik artıq həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bunlar uzun müddət davam edərsə immunitetimiz üçün problemlər yaradar. Stress hormonları immun sistemini dağıdıcı xassəyə malikdir. Bunu nəzərə alaraq stressdən yaxa qurtarmağın yollarını axtarmaq lazımdır.
5. İnsanlarla ünsiyyətdə olmaq, xoş münasibətlər yaratmaq, dostlarla bölüşmək immun sisteminə müsbət təsir göstərir. Tədqiqatlar sübut edir ki, özünə qapanmaq, tənhalıq, qaraqabaqlıq immunitetin zəifləməsinə səbəb olur.
6. İmmun sistemə sözün əsl mənasında zərbə vuran amillərin siyahısında birinci yerdə duranlar siqaret və spirtli içkilərdir. Bu vərdişlər təkcə immun sisteminə deyil, bütün orqanizmə mənfi təsir göstərir.
7. Ekoloji problemlərin də immun sistemə mənfi təsiri böyükdür. Buna görə də vaxtaşırı təbiətin qoynuna çıxmağa, ekoloji baxımdan daha təmiz olan məkanlara üz tutmağa vaxt ayırın.
8. Kimyəvi dərman pereparatlarından çox istifadə, xüsusilə tez-tez antibiotiklərin qəbulu immunitetin zəifləməsinə səbəb olur. Bunu diqqətdə saxlayaraq hər hansı bir xəstəliyin müalicəsi zamanı kimyəvi tərkibli dərmanlardan minimum istifadə etməyə çalışın.
9. İnsan orqanizmi üçün tələb olunan vitaminlər, mikroelementlər, minerallar yetərincə olmayanda immun sistemi də yetərincə öz funksiyasını yerinə yetirə bilmir. Bu amili aradan qaldırmaq üçün qida rasionuna dəyişiklik etmək kifayətdir.
10. Nəhayət, istər fiziki, istərsə də zehni iş yükünü istirahət vaxtı ilə düzgün balanslaşdırmaq vacib şərtlərdəndir. Çünki fiziki və zehni yorğunluq da immun sistemini zəiflədə biləcək amillərdən biridir.
İmmun sisteminizə diqqət yetirin ki, xəstəliklərdən uzaq olasınız. Unutmayın ki, öncə sağlamlıqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1699   Tarix: 24 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek yay kolleksiyasi maskalar murebbeler sizanaqlara qarsi resept qazan kotleti hazirlanmasi agardici maskalar resepti kosmetika vidyolar video novruza aid hakışta layla novruza aid